Rusiya Milli Dietoloqlar Assosiasiyasının üzvü Marina Makişa “Moskva 24” telekanalına müsahibəsində günəbaxan tumlarının həddindən artıq istifadəsinin insan orqanizmi üçün təhlükəli ola biləcəyini deyib.
Həkimin sözlərinə görə, bu məhsul yüksək kalorili olduğu üçün çəki artımına səbəb ola bilər.
Belə ki, 50 qram soyulmuş tumda təxminən 400 kilokalori var.
Dietoloq qeyd edir ki, bu, tam yeməklə müqayisə oluna bilər.
Diyetoloq, professor Mixail Ginzburq isə tumun qastritli insanlara zərər verə biləcəyini əlavə edib: “Tumu çeynəyərək udduğumuz zaman iti kənarlar əmələ gətirir. Və bu kənarlar eroziyanı olduqca yaxşı qıcıqlandıra bilər, yəni qastrit və mədə xorası xəstəliyinin şiddətlənməsinə səbəb ola bilər. Eyni zamanda istisna deyil ki, tumlar allergiyaya da səbəb ola bilər”.
Diyetoloq Yelena Solomatina isə günəbaxan tumlarını yaz rasionuna daxil etməyi məsləhət görüb, çünki onlar çoxlu sink ehtiva edir və reproduktiv funksiyaları yaxşılaşdırır.