s

Əməkdaşlarımız dünyanı gəzir: SƏNA – FotoTURist

Baxış sayı: 2. 203

Dünyanın ən qədim şəhərlərindən olan və UNESCO-nun Dünya İrs Siyahısına da daxil edilən Yəmənin Səna şəhəri özünəxas memarlıq üslubu ilə seçilir. Son illərdə davam edən şiddətli toqquşmalardan ciddi şəkildə zərər görən bu şəhər ağır dağıntılara məruz qalsa da, min illərin tarixi izlərini daşıyır. Qədim inanca görə Hz. Nuhun oğlu Sam tərəfindən qurulan şəhər keçmişdə Azal adı ilə də tanınıb. Bunun səbəbi isə Samın ikinci nəsil nəvəsi olan Özalın adı ilə bağlıdır. İncilin Yaradılış hissəsində də xatırlanan Özal qədim sebati dilində “yaxşı qorunmuş” mənasını da verir. Şəhərin yerləşdiyi yerə baxdıqda bu adın nə dərəcədə uyğun olduğunu anlamaq mümkündür. Çünki şəhər həqiqətən ətrafı sığınacaqlı və dağlarla əhatə olunmuş bir ərazidə yerləşir. Dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən şəhər, bu baxımdan dünyanın ən yüksəklikdə olan şəhərlərindən biridir. Sığınacaqlı quruluşu və girişi çətin olduğu yer sayəsində bu qədim yer min illər boyu xarici təhlükələrə qarşı xilas olunmaqla  öz quruluşunu qoruyub saxlaya bilib. Tarix boyunca bir çox fərqli mədəniyyətə ev sahibliyi edən şəhər, İslam dini ilə fərqli bir kimlik qazanmağı bacarıb. İslam təhsili və düşüncə dünyasında əhəmiyyətli bir yer tutmağa başlayan şəhərdə, Abbasilər dövründən etibarən əhəmiyyətli qurumlar inşa edilməyə başlanıb. Uzun illər Osmanlı hakimiyyəti altında qalan Yəmən tariximizdə də xalq mahnılarına sahib olan bir yerdir. Yəmənin inzibati mərkəzi olan Səna qəhvənin Osmanlı İmperiyasına gətirildiyi yer olaraq da bilinir. Xatırladaq ki, sonralar buradan İstanbula gələn qəhvə II Vyana müharibəsi ilə Avropaya da daşınıb. Yəmənin Səna şəhəri haqda danışmağımız səbəbsiz deyil. Məsələ burasındadır ki, “Gencaile.az” saytının “FotoTURist” rubrikasında məhz Səna şəhərinə virtual səyahət edəcəyik. Yəmən turistlər üçün təhlükəli ölkə sayılsa da, adrenalin yaşamaq istəyənlər üçün maraqlı seçim ola bilər.

OLYMPUS DIGITAL CAMERA

SENA 9

SENA 10

SENA1

sena 14

SENA 2

SENA 4

SENA 3

sena 13




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir