qadinlar

Qadınlar nəyə daha çox pul xərcləyir?

Baxış sayı: 962

Qadınların istehlak sektorunun əsas alıcısı olduğu və kişilərdən daha çox pul xərclədikləri hamımızın bildiyi və qəbul etdiyi həqiqətdir. Bəs maraqlıdır görəsən qadınlar nəyə daha çox pul xərcləyir?

geyim

Geyim: “Daily Mail” jurnalının  araşdırmasına görə, qadınlar həyatları boyu geyimə 125.000 dollar xərcləyir. Buraya çanta, papaq kimi aksessuarlar da daxildir. Qadınların 10%-i hər həftə yeni bir şey aldıqlarını etiraf edir. Amerikalı telejurnalist, müğənni və kitab yazarı Tammi Faye Bakkerin sözlərinə görə, alış -veriş etməyi çox sevir, çünki bu prosess onun üçün müalicəvi gücə malikdir və həkimlərin qəbuluna getməkdən daha ucuz başa gəlir.  Məşhur jurnalın apardığı araşdırmaya qatılan qadınların 60%-i hər səhər nə  geyinəcəklərinə qərar verə bilmir.

ayaqqabi

Ayaqqabı: İngiltərədə aparılan araşdırmanın nəticələrinə görə, qadınların 96 % -i ilk ayaqqabısını nə vaxt aldığını xatırlayır. Amma yalnız 75%-i ilk sevgilisinin adını xatırlaya bilir. 92 %-i azı bir neçə ayaqqabılarını atdıqları üçün peşman olduqlarını söyləyərkən, 19%-i  sevgililərini tərk etdikləri üçün peşman olduğunu dilə gətiriblər. Qadınlar fərqli ayaqqabı növlərini almaqdan zövq alırlar. Bu bitməyən ayaqqabı sevgisini  daha dəqiq müşahidə etmək üçün ayaqqabı şirkətlərindən biri araşdırma aparıb. Məlum olub ki, bir qadın həyatı boyu ayaqqabılara təxminən 25.000 dollar pul xərcləyir.

makiyaj

Makiyaj: Gözəllik sektoru bu gün ən çox gəlir əldə edən sahələrdəndir. Ən çox satılan kosmetik məhsul isə kirpik üçün tuşdur. Deməli, qadınlar valehedici baxışlara sahib olmaq üçün tuşa  böyük ehtiyac duyurlar. Daha sonra ən çox alınınan kosmetik vasitələr arasında  göz qələmi və pomada yer alır . Ən çox alış-veriş edən qadınlar 24- 40 yaş arasında olanlardır. Dodaq qələmi isə 18-24 yaş arası qadınların aldığı  kosmetik vasitədir. Araşdırmalara görə, 45 yaşdan yuxarı 31% qadın makiyaj etməyi xoşlamır.

emeliyyat

Estetik əməliyyat: Estetik əməliyyatlar da qadınların çoxlu pul xərclədiyi  bir sahədir. Plastik əməliyyatlar Qədim Hindistanda meydana  gəlib. Orada cinayətkarların ağır əməllərinə görə burun uclarını kəsir və tez alnından dəri götürərək yenisini düzəldirdilər. O dövrdən plastik əməliyyata münasibət o dərəcədə dəyişib ki, indi insanlar ən çoxda qadınlar buna öz razılığı ilə gedir və külli miqdarda pul xərcləyirlər. Nəhəng  sektor halına gələn estetik əməliyyatlara həvəs göstərən qadınların yaş qrupu 19-40 yaş arasında dəyişir. Ən çox edilən əməliyyat isə sinə böyütmə əməliyyatıdır. Daha sonra burun əməliyyatı və arıqlamaq proseduralarıdır. Siyahının davamını isə üzgərmə əməliyyatı tamamlayır. Statistikaya görə, hər il milyonlarla qadınlar sifət cizgilərini gözəlləşdirmək üçün plastik cərrahiyyəyə müraciət edir.

istirahet

Tətil: Müasir dövrün qadınları istirahətlərinə xüsüsi diqqət göstərirlər. İl ərzində işləyən qadınlar yığdıqları pulları tətildə xərcləyirlər. “Daily Mail”in yaydığı məlumatlara görə, qadınlar yalnız tətilə hazırlaşmaq üçün təxminən 737 dollar xərcləyirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir