guzgu

Evin bu hissələrinə güzgü asmaq olmaz

Baxış sayı: 567

Güzgü lap qədim dövrlərdən gündəlik həyatımıza daxil olan ən vacib məişət əşyalarından biridir. Hansısa bir evi güzgüsüz təsəvvür etmək mümkün deyil. Onu evin divarına, şkafın üzərinə  və s. kimi yelərə asırlar.

Ümumi şəraitdən asılı olaraq güzgü interyerə yüngüllük və yaxud da müəammalıq gətirir. Mütəxəssislər hesab edirlər ki, güzgüdə həddindən artıq enerji var və onun yerləşməsindən asılı olaraq evə müsbət və ya mənfi enerji daxil ola bilir. Bəs evin hansı hissələrinə güzgü yerləşdirmək olmaz?

Hesab olunur ki, evin çöl qapısına doğru yerləşdirilmiş güzgü xoşbəxtlik enerjisinin evə daxil olmasının qarşısını alır. Lakin bəzi insanlar tam əksini düşünür. Bəziləri hesab edir ki,  əgər güzgü evin çöl qapısı ilə üzbəüz yerləşdirilərsə o zaman evə bədbəxtlik daxil olmaz. Lakin bu, belə deyil!

Yuxuda insan həddindən artıq həssas olur, buna görə də yataq otağında yerləşdirilən güzgünün qarşısında yatan insan yuxusuzluqdan əziyyət çəkə bilər.

Bundan başqa əgər evdə güzgünün qarşısında daima səliqəsizlik  və ya bitməmiş təmir işi və s varsa güzgü o dağınıqlıq enerjisini toplayaraq evə əks etdirəcək.

Sizin iş yerinizi əks etdirən güzgü sizə daha çox iş cəlb edəcəkdir, lakin gəlirlərin artması müşahidə olunmayacaq.

Üzbəüz yerləşdirilən güzgülər “enerji dəhlizi” yaratmış olur. Daima bu “dəhlizdən” keçən insanın ailəsində xoşagəlməyən hadisələr və sağlamlığında problemlər yarana bilər.

guzgu

Siz yemək bişirən zaman sizi “izləyən” güzgü sizin enerjinizi əlinizdən almış olur. Əgər siz mətbəxtdə güzgü yerləşdirmək istəyirsinizsə onu yemək masasına doğru yerləşdirin və bütün ailənizi süfrə başına toplayaraq uğur və xoşbəxtlik enerjisini özünüzə cəlb edin.

Evin divarından hissələrə bölünmüş güzgüləri asmaq məsləhət deyil. Bu interyer üslubu olsa belə. Hissələrə bölünmüş güzgü insanın biosahəsini darmadağın etmiş olur. Güzgüləri təmiz saxlamaq lazımdır. Onları tez – tez silib tozunu almaq lazımdır. Bu zaman güzgü evinizə müsbət enerji əks etdirmiş olacaq.

Əgər güzgü sınıbsa, sınmış güzgü parçalarını ehmalca yuduqdan sonra bir torbaya qoyaraq atın. Bu zaman çalışın sınmış güzgü parçalarına baxmayasınız. Belə etdikdən sonra hansısa bir bədbəxt hadisə baş verəcəyi hissini ağlınızdan ataraq rahat olun.

Bütün bunlara baxmayaraq interyerdə güzgüdən istifadə etməkdən çəkinməyin. Əgər bizim düşüncələrimiz pozitiv olsa, həyatımızın hər günü gözəl olacaq!

 

Könül Əliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir