Sevgi

Ailə nə üçün qurulur? – “EVLİSƏN”

Baxış sayı: 590

Ailə sadəcə cəmiyyətin bir parçası deyil, həm də öz dünyasını yaratmağa hazır olan iki sevən insanın birliyidir. Xoşbəxt münasibətinin olmasını hər kəs istəyir, amma buna hər kəs nail olmur. Problem ondadır ki, bir çox insan xoşbəxt ailənin nə olduğunu həqiqətən bilmir, onların valideynlərinin timsalında görə biləcəyi nümunələri yoxdur. Böyüdüyümüz ailə modelini təkrarlayırık, buna görə də sağlam ailənin övladı olmağımız vacibdir.

aile

Ailənin əsas funksiyaları:

1. Sevgi- hər bir insan sevməyə və sevilməyə ehtiyyac duyur. Lakin başa düşmək lazımdır ki, başqa insanı sevməzdən əvvəl, özünü sevməyi öyrənməlisən.

2. Uşaqların doğulması və tərbiyəsi- ailə iki və ya daha çox fərddən ibarət ola bilər. Bir-birini sevən insanlar çox vaxt övlad sahibi olmaq istəyir. Həqiqətən, bir uşağın doğulması sevginin təzahürünün ən yüksək dərəcəsidir, çünki iki nəfər yeni, ortaq və unikal bir şey yaradır – yeni həyat. Ancaq uşağın doğuşu yolun yalnız başlanğıcıdır, önəmli olan onu doğru yetişdirməkdir. Bunu tam ailədə etmək vacibdir ki, övladınız psixoloji cəhətdən sağlam və xoşbəxt böyüsün.

3. Maddi ehtiyacların ödənilməsi- nə qədər var-dövlətə əhəmiyyət verməməyə çalışsaq da, maddiyyat həyatımızda böyük rol oynayır. Ailədə rahat olmaq üçün ən vacib məsələlərdən birini – maliyyə məsələsini birlikdə müzakirə edib həll etmək lazımdır.

Aile

4. Fiziki yaxınlıq- münasibətlərin başlanğıcında ehtiras və cazibə yaranır, lakin sonradan bunlar sevgiyə çevrilir. Partnyorların bir-birini fiziki olaraq qane və məmnun etməsi , xoşbəxt münasibətin təməllərindəndir.

5. Ümumi məqsədlərin olması- ailə qurmağa qərar verən insanların həyata dair ümumi planları olmalıdır. Onlar eyni istiqamətə baxmalıdırlar. Bu, münaqişələrin sayını xeyli azaldacaq və yaxınlığın qurulmasına kömək edəcək.

6. Ünsiyyət, dostluq evliliyin uğurlu olması üçün həyat yoldaşları arasında sıx ünsiyyət olmalıdır. Əgər ər və arvad bir-birinə hər mövzuda dəstək olarsa, ehtiyaclarını ödəmək üçün təsəllini kənarda axtarmayacaqlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir