Röya: “Heç vaxt ikinci ərim…”

Baxış sayı: 1. 592

Müğənni Röya Ayxan şəxsi həyatından danışıb.

“Gencaile.az”ın  “atvxəbər.az”-a istinadən verdiyi görə, ifaçı yenidən ailə qurmayacağını deyib: “Düşünmürəm ki, yenidən ailə qurum. Həyat mənə elə bir dərslər verdi ki, “heç vaxt etmərəm”, “bilmirəm” sözlərini demərəm. Amma mənim heç vaxt ikinci ərim olmayacaq. Mənim ərim bir nəfər idi. Oldu və bitdi. Vəssalam. Ondan başqa heç kəsi istəmirəm”.

R. Ayxan “Keçmiş həyat yoldaşınız Anar Cəlilov yenidən ailə qursa, nə hiss edərsiz” sualına “Xoşbəxt olsun. O, məndən qat-qat artıq adam idi. Mən ona layiq deyiləmmiş” cavabını verib.

Qeyd edək ki, müğənni Röya Ayxan A.Cəlilovun ikinci həyat yoldaşı olub. Onlar ötən il ayrılıblar. Bu barədə ilk olaraq A.Cəlilov ictimaiyyətə bildirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir