GUNES

Həkim-dermatoloq: “Günəş altında xoşxassəli neoplazmalar bədxassəlilərə çevrilir”

Baxış sayı: 640

“ABŞ-ın Dermatoloqlar Assosiasiyasının rəsmi məlumatlarına görə, ultrabənövşəyi radiasiyaya məruz qalmanın artması səbəbindən dəri xərçənginin inkişaf ehtimalı yüksəkdir.

Günəş şüaları dəriyə düşdükdə dəri qızarmağa, sonra qaralmağa başlayır, tonlaşma baş verir. Ultrabənövşəyi şüalara çox uzun müddət məruz qaldıqda dəridə ləkələr görünür. Bunlar keçib getməyən piqmentdir, xala bənzəyir, xoşxassəli neoplazmalardır (şişlər – red.). Ancaq insan qoruyucu vasitələrdən istifadə etmədən daim günəşin altında qalmağa davam edərsə, xoşxassəli neoplazmalar bədxassəlilərə çevriləcək”.

Bu fikirləri həkim-dermatoloq İndira Mütəllibzadə dərinin günəş şüasına məruz qalmasının xərçəngə səbəb olub-olmayacağı ilə bağlı danışarkən bildirdi.

Həkim eyni zamanda SPF kremlərinin D vitaminini bloklamadığını da deyir.

“Krem yalnız UVA (uzundalğalı ultrabənövşəyi şüalar) və UVB (ortadalğalı ultrabənövşəyi şüalar) şüalarını bloklayır. Sağlamlığınıza zərər vermədən gözəl qaralmaq istəyirsinizsə, günəşin aktiv olmadığı saatlarında onun altında olmalısınız. Yəni günəş vannasını səhər yeddinin yarısından doqquza qədər qəbul etmək lazımdır”, – deyə mütəxəssis bildirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir