BOSANMA

Tərəflər boşandıqda sənədsiz evə görə mübahisə necə həll olunur?

Baxış sayı: 828

Tərəflər boşandıqda daşınmaz əmlak da məhkəmə predmetinə çevrilir. Evin rəsmi sənədi olduqda daşınmaz əmlak məhkəmə qərarı ilə tərəflər arasında bölüşdürülür.

Maraqlıdır, evin rəsmi sənədi yoxdursa, bu zaman nə baş verir?

Turkel Suleymanli

Vəkil Türkel Süleymanlı bildirir ki, sənədi olmayan evlər bölünmür: “Belə olan halda hansısa tərəfin hansısa tərəfi evdən çıxartmaq hüququ da olmur. Hər iki tərəf razılığa gələrək o evdə yaşaya, yaxud da biri digərinə güzəşt edə bilər”.

Vəkil deyir ki, ev bağışlanılmış bir əmlak olarsa, bu zaman heç bir məhkəmə predmeti yaranmır, ev tərəflər arasında bölüşdürülmür. Lakin evin alınması üçün pul tərəflərdən hansının valideyni tərəfindən bağışlanarsa, bu zaman həmin vəsaitin bağışlanılmış olduğunu sübut etmək çətindir:

“Ev nikah dövründə alınıbsa, bu zaman tərəflər arasında bölüşdürülür. Sənədin olub, olmamasından asılı olmayaraq, tərəflər evi alıb, bir il sonra boşanıbsa, bu zaman əmlak kimin adındadırsa, onun adında da qalır, digər tərəf isə ödədiyi vəsaitə görə faizi tələb edə bilər”.

bosanma

Vəkilin sözlərinə görə, evə görə 3 ilədək iddia qaldırmaq mümkündür. Lakin həmin evə sənəd 3 ildən sonra verilərsə, tərəf əmlaka sahiblənmək üçün iddia qaldırdıqda, o, təmin olunmaya bilər.

 

Nigar İsgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir