usaq

Uşaqlar üçün intizam strategiyaları və ev qaydaları

Baxış sayı: 543

İNTİZAM STRATEGİYALARI

Təsirli bir nizam-intizam uyğun olmayan davranışların qarşısını alan mənfi nəticələr və uşağınızın yaxşı işləməsinə kömək edən və inkişafına təkan verən müsbət nəticələrdən ibarət olmalıdır. Strategiyanız  uşağınızın xasiyyətinə uyğunlaşdırılmalı olsa da, aşağıdakı intizam strategiyaları ümumi olaraq məktəbəqədər uşaqlar üçün təsirli olur.

YAXŞI DAVRANIŞI TƏRİFLƏYİN

Yaxşı davranışı təşviq etmək üçün çox tərif edin və cəsarətləndirin. Yalnız tərifinizin orijinal olduğundan əmin olun. “Sən bütün dünyanın ən yaxşı oğlusan” deməyin əvəzinə, “Xahiş etdiyim zaman qabını moydadıra (Qab yumaq üçün yer) qoyduğun üçün təşəkkür edirəm” deyin.

UŞAĞINIZA VAXT QOYUN

Aqresiyya kimi əsas qayda pozuntularına qarşı “fasilə” metodundan istifadə edin. Uşağınızın  “Əgər oyuncaqlarını indi yığmayacaqsansa, onda sən “fasilə”yə getməli olacaqsan” kimi bir xəbərdarlıqla sizə qulaq asmadığı vaxtlarda bu metoddan istifadə edin. Məktəbəqədər uşaqlar üçün çox vaxt  “cəza fasiləsi” otağı tələb oluna bilər, 5 yaşlı uşaqların əksəriyyəti kresloda və ya digər sakit ərazidə vaxt keçirməyə dözə bilər.

GÜZƏŞTLƏRDƏN QAÇIN

Əgər məktəbəqədər uşağınız  fasilədən vaxtından əvvəl imtina etsə və ya düzgün olmayan hərəkətdən uzaq durmasa, onun bəzi imtiyazlarını ləğv etməyə çalışın. Məsələn, günün qalan hissəsi üçün sevimli oyuncaq, oyun və ya televiziya imtiyazlarını götürün.

MÜKAFAT SİSTEMİ YARADIN

Uşağınız gecə öz yatağında qalmırsa, bununla mübarizə aparırsa, bir etiket qrafiki, mükafat sistemi yaradın. Hər öz yatağında qaldığı gecə üçün ona müəyyən sayda etiket verin. Sonra müəyyən miqdarda etiket (üç və ya beş) qazandıqdan sonra deyin ki, film izləmək və ya daha böyük bir mükafat qazana bilər. Mükafat sistemləri, uşağınızın məqsədlərinə çatmaq üçün lazım olan bacarıqları öyrəndikdən sonra nəticə göstərə bilər.

GƏLƏCƏK PROBLEMLƏRİN QARŞISINI ALMAQ

Bir məktəbəqədər uşağın intizamı məsələsində gözlənilən problemlərin qarşısının alınması ən yaxşı strategiya ola bilər. Uşağınız üçün çətin olacaq vəziyyətləri nəzərə alaraq problemləri bir addım qabaqlayın. Əksər məktəbəqədər uşaqlar ac olduqda, həddindən artıq bezdikdə və ya həddindən artıq yorğun olduqda davranışlarını idarə etmək onlar üçün çətinləşir. Beləliklə, buna görə sendviçlər hazırlayın, bolluca istirahət icazəsi verin və uşağınızın ən yaxşı olacağı vaxt üçün plan qurun. Gündəlik plan qurun, uşağınız gün ərzində ondan  nələr gözləndiyini bilsin. Məktəbəqədər uşaqlar cədvəl üzrə hərəkət etdikdə onlar üçün daha yaxşı olur, bacardıqlarının ən yaxşısını edə bilirlər. Aydın, başa düşülən qaydalar və məhdudiyyətlər yaradın. Yeni vəziyyətlərə (məsələn, kitabxanada necə davranmaq kimi) girmədən əvvəl gözləntilərinizi izah edin və uşağınıza qaydaları pozmağın nəticələri barədə xəbərdar edin. Məktəbəqədər uşaqların nümayiş etdirdiyi davranış problemlərinin bir çoxu, duyğularını idarə etməkdə çətinlik çəkmələrinin nəticəsidir. Məktəbəqədər uşağınıza sadə qəzəb idarəetmə bacarıqlarını öyrədin. Məsələn, dərin, sakitləşdirici nəfəs almağı və əsəbi olduqları zaman bu yoldan istifadə etməyi öyrədin.

DAVRANIŞLARA NƏZARƏT ÜÇÜN EV QAYDALARI QURUN.

Uşağınıza hirslənməyin normal olduğunu, ancaq kimisə incitmək və ya ətrafa zərər verməyin yaxşı olmadığını öyrədin.

UŞAQLAR ÜÇÜN EV QAYDALARI NECƏ YARADILIR?

 

ÜNSİYYƏT GÖSTƏRİŞLƏRİ

Bu yaşda uşağın dil bilikləri daha yaxşı inkişaf edir və sizi başa düşməsinə baxmayaraq, ünsiyyətinizi qısa və təsirli saxlamaq vacibdir. Uzun mühazirələr danışmayın və uşağınızla yaxşı ünsiyyət vərdişləri qurun. Məktəbəqədər uşağınızla ünsiyyət qurmağın bir neçə təsirli yolu vardır:

Qısa və məhsuldar saxlayın. Bir davranışın niyə yolverilməz olduğu barədə uzun bir müzakirəyə girmək lazım deyil. Uşaqlar ilə hər şeyi sadə və özünəməxsus danışmaq ən yaxşısıdır.

Sağlam ünsiyyət təcrübələri qurun. Sizə və uşağınıza davranış problemləri və həlli yolları barədə danışmağa kömək edəcək strategiyalar yaradın. Məsələn, sizin və uşağınızın vacib mövzulara müraciət etdiyi evdə xüsusi bir yer ola bilər. Həmçinin, həll yollarının daha sakit bir şəkildətapa biləcəyiniz münaqişələrin və problemlərin müzakirə edildiyi bir ev qaydası yarada bilərsiniz.

Məhdud seçim təklif edin. “Yemək üçün nə istərdin?” kimi təkliflərdə uşağın yaxşı seçim etmək imkanı olmadığı üçün bu təkliflər münaqişəyə səbəb ola bilər. “Yeməkdən əvvəl yoxsa sonra otağını təmizləmək istəyirsən?” kimi iki  seçim təklif edin. Hər iki cavab variantı yaxşı seçimdir, yetər ki, yerinə yetirilsin.

Alternativlər haqqında danışın. Uşağınız səhv davrananda, ehtiyaclarının ödənilməsinin alternativ yollarını öyrədin. Qəzəbləndikdə bir oyuncaq atırlarsa, bu hissləri həll etməyə kömək edə biləcək digər yollar haqqında danışın. Uşaqlarınıza səhv davrandığına görə cəzalandırmaq əvəzinə, gələcəkdə daha yaxşı seçim etmələrinə kömək edin. “Qardaş oyuncağını əlindən alırsa, onu itələmək əvəzinə nə edə bilərsən?” kimi suallar verin.

Effektiv təlimatlar verin. Yaxşı təlimatlar vermək uşağınızın qulaq asma şansını artırır. İstiqamət verməyə cəhd etməzdən əvvəl uşağınızın çiyninə bir əl qoyun və ya göz təması qurun. Təlimat verdikdən sonra (hər dəfə təklifdən bir), uşağınızın dediklərinizi başa düşməsi üçün söylədiklərinizi təkrar etməsini xahiş edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir