xestelik

Uşaqlar arasında yayılan xəstəlik qarşısında necə davranmalı? – EKSPERT YANAŞMASI

Baxış sayı: 539

Son günlər ölkədə uşaqlar arasında yayılmış xəstəlik valideynləri narahat edir. Əksəriyyət özünü ürək bulanma, ishal, halsızlıq və qızdırma ilə büruzə verən xəstəliyin yoluxucu olduğunu, bunun hətta COVID-19-la əlaqəli xəstəlik olduğunu iddia edir. Məsələnin aktuallığını nəzərə alıb, pediatr Müsənbər Səfərova ilə əlaqə saxladıq.

musenber seferova

Müsənbər Səfərova “Gencaile.az” saytına uşaqlar arasında yayılan xəstəliklə bağlı açıqlamasında aşağıdakıları dedi:” Hazırda usaqlar arasında qusma, ishal əlamətləri ilə virusa bağlı xəstəlik yayılıb. Bu Rotavirusdur ya başqaasıdır fərq etmir. Bilməli olduğumuz budur ki, bu virusdur və yoluxucudur. Bu zaman mədə-bağırsaq traktının selikli qişası zədələnir və ilk növbədə virus mədədə qonaq olduğu üçün qusma halı baş verir. Bir iki gündən sonra virus bağırsaqlara düşür. Bu zaman qusma dayanır, ishal başlayır. “Uşağa sistem köçürüldükdən sonra qusma dayandı amma qarıngetmə  başladı” deməyinizə səbəb sistem deyil, virusun bağırsaqlara düşməsidir. Ishalın isə bir qədər davam etmesi lazımdır. Çünki bu zaman toksinlər orqanizmdən xaric olur. İshal və qusma zamanı ilk müalicə pəhrizdən başlayır. Ümumiyyətlə bir günlük aclıq ən yaxşı müalicədir. Çünki virus mədədə olan zaman mədə hələ heç bir qidanı qəbul etməyə hazır deyil.”Uşaq suyu belə qaytarır” deməyinizin səbəbi məhz elə budur. Süd əmər uşaqlara bu zaman  ən yaxsı qida ana südüdür. Böyuk usaqlara isə turş, yağlı, duzlu,tund,qızardılmış qidalar verilməməli əvəzinə kartof, banan,düyü,su isə çay qaşığı ilə az az verilməlidir. Tam dövr bir həftəyədək çəkir. İshal dayandıqdan sonra qarında ağrılar davam edə bilər. Pəhrizə sağaldıqdan sonra bir neçə gün davam olunmalıdır.”

 

Hazərladı: MƏTİN




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir