geyim

Geyimi bahalı göstərən 5 rəng kombini

Baxış sayı: 498

Paltar nə qədər bahalı olsa da, dəstdə bir neçə rəngin uğursuz birləşməsi onların qiymətini aşağı salacaq, üstəlik heç də zövqlü görünməyəcəksiniz. Ekspertlər hesab edir ki, obrazın keyfiyyətli və bahalı görünməsində markalar xüsusi rol oynamır. Əlbəttə ki, hər şey rənglərin ahəngindən asılıdır.

“Gencaile.az” saytı “Publika.az” oxucuları möcüzələr yaradan rəng kombinləri ilə tanış edir.

 

Bej dəst

Bahalı görünmək istəyirsinizsə, bej sübut edilmiş bir seçimdir. Bu texnikanı tez-tez Rouz Hantinqton-Uiteli istifadə edir, onun şəkilləri mütəmadi olaraq dünyanın bütün modapərsətlərini ilhamlandırır. Bir dəstdə istənilən sayda bej və pastel çalarlarını qarışdıra bilərsiniz.

 

Qəhvəyi ilə mavi və ya göy

Mavi və qəhvəyi birləşməsi ahəngdar görünür, çünki bu, səmanın və torpağın rəngi ilə əlaqələndirilir, təbiətin isə uğursuz birləşmələri yoxdur! Yay aylarında yüngül palitradan etibarlı şəkildə istifadə edə bilərsiniz, soyuq mövsümdə mavini tünd göy, qəhvəyini isə tünd şokoladla etmək tövsiyə olunur.

 

Lavanda ilə bej

Bu zəngin palitra qızlar arasında xüsusilə məşhurdur. Ancaq parlaq üzərində qurulan obraz çox rəngli görünə bilər. Risk etməmək üçün bənövşəyinin solğun tonlarını ən neytral bej tonu ilə uzlaşdırın. Nəticədə obraz həm həddindən artıq yüklənməyəcək, həm də yay mümkün qədər zərif görünəcək.

 

Karamel və ağın birləşməsi

Belə bir vəhdət südlü qəhvəyə bənzəyir, xüsusilə klassika tərəfdarlarının ürəyindən xəbər verəcək. Bahalı görünmək üçün dəsti iki rəng ilə məhdudlaşdırın. Karamel süd tonlar və yüngül palitrada aksesuarlarla daha effektiv görünəcək.

 

Ağ və zümrüd

Bu çalarların birləşməsi şüuraltı olaraq zənginlik və dəbdəbənin simvolu kimi qəbul edilir, çünki ən aristokratik idman növlərindən biri – tennis və qolf oyunçularının forması adətən bu rənglərdə tikilir. Odur ki, belə bir rəng qamması güclü təsirə malik olacaq. Açıq və bitki yaşılı əvəzinə tünd yaşıl ton seçmək daha yaxşıdır, çünki daha nəcib görünür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir