geyim

Yayın qara köynək dəbi – FOTOLAR

Baxış sayı: 440

Qaranın üstünlüyü təkcə çoxyönlü olmasında deyil, həm də onun bədən ölçüsünü vizual olaraq azaltmaq qabiliyyəti var. Tünd rəngli mayka, köynək və digər üst geyimlər istənilən görünüşü mükəmməl şəkildə tamamlayır. Xüsusilə geyinməyə heç nəyin olmadığını düşünəndə köməyə həmişə qara geyimlər gəlir. Odur ki, qara mayka və köynəklər almaq əsl modapərəstlər üçün ilkin şərtdir.

Qara mayka və toplar yayın əsas trendləri arasında yer alıb. Uzunqollu tünd üst geyimlərinə də diqqət yetirə bilərsiniz. Bu seçim darıxdırıcı görünürsə, kürək dekolteli modellər həmişə cəlbedici təsir buraxır. Yaxalıqlı köynəklər və vodolozkalar da əla seçimdir. Bu model isə boyunu vizual olaraq uzun göstərir.

Əgər hündür yaxalıqları sevmirsinizsə, amerikan modelinə nəzər salın. Düyməli və “zamoklu” toplar da vodolozkalarla eyni dərəcədə təsirlidir. Boyun açıq qaldığı üçün daha uzun görünəcək.

Dekolte həvəskarları üçün ipli modellər və korsetlər təklif olunur, qara rəng sayəsində ümumi görünüş vulqar görünməyəcək.

geyim 1

geyim 2

geyim 3

geyim 4

geyim 5

geyim 6




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir