Zumrud Haqverdiyeva

Toksik münasibətin göstəricisi nələrdir? – “SEANS VAXTI”

Baxış sayı: 593

1) Ani vaxtda qəzəblənirsə

Mübahisə etmək hər münasibətdə ola bilər. Lakin həddindən artıq qəzəblənməyəcək hallarda belə, partnyorunuz anidən partlayırsa və öz davranışlarını idarə edə bilmirsə, toksik bir münasibətinizin olduğuna işarədir. Xoşbəxt olmaq, daim tək tərəfin cəhdlərindən yaranmır.

 

2) “Yox” muş kimi davranmaq

Səbəbsiz yerə sizi” yox” hesab edirsə, zənglərinizə geridönüş etmirsə, münasibətinizdə yolunda getməyən nəsə vardır deməkdir. Zəif tərəflərinizə bilərək toxunursa, xüsusilə sizi incitməyə çalışırsa, sağlam bir münasibətinizin olmamasından xəbər verir.

 

3) Yalanlar xronik hal aldısa

Sağlam olmayan bir münasibət, insanları güvənsiz və şübhəli birinə çevirir. Əgər münasibətdə yalanlar olursa, artıq güvən qalmayıb, deməkdir. Toksik münasibətdə isə yalanlar olmasına baxmayaraq, münasibət davam edir.

aile

4) Manipulyasiya varsa

Manipulyasiya müxtəlif səbəblərlə partnyorunuzun sizin üzərinizdə  hakimiyyət qurmaq, sizi idarə etmək istəyidir.Manipulyasiya gizli olduğu üçün bunun fərqinə varmağınız zaman alır.

 

5) Özünüzdən uzaqlaşdığınızı hiss etdinizsə

Toksik nmünasibətin ən birinci işarəsi sizin özünüzdən böyük enerji verməyə başlamağınızdır. Yəni sizi daima dəyişdirməyə cəhd edirsə, sosial həyatınızı sərhədləməyə çalışırsa, sağlam münasibət yaşamadığınızdan xəbər verir.

 

6) Sizi təhdid edirsə

Daim ayrılmaq, zərər verməklə təhdid edirsə, münasibətinizin sağlam olmadığından əmin olun. Bu hallarda mütəxəssislərdən dəstək alın.

 

Psixoloq  Zümrüd Haqverdiyeva

Special Kids Bağça tipli Reabilitasiya Mərkəzi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir