akvarium

Evdə akvariumu necə saxlamalı?

Baxış sayı: 664

Ev şəraitində akvarium saxlamaq bir qədər çətindir, lakin bunun da sadə üsulları mövcuddur. Gigiyena məsələsi saxladığınız balıqların, həm də evdəkilərin yaşamına birbaşa təsir edir. Əvvəla, akvariumu düzgün seçmək lazımdır. Bəzi akvariumlarda suyu təmizləyən cihazlar var və balıq həvəskarları onlara üstünlük verir.

Bəs, filteri olmayan akvariumları necə təmiz saxlamaq olar?

Beləliklə, bir neçə üsulu təqdim edirik:

1. Süngərlə boş akvariumun içini yaxşıca təmizləyin. Akvariumun aynalarındakı və dibindəki süni otları, yosunları zədələmədən diqqətlə təmizləyin. 

2. Alma sirkəsindən istifadə edin. Çirkli suyu akvariumdan boşaldın və yerinə yarısına qədər ilıq su tökün. Üzərinə 1-2 qaşıq sirkə əlavə edin. Bu, akvariumdakı mikroblara qarşı əla vasitədir. 

3. Kimyəvi vasitələrlə akvariumu təmizləmək məsləhət deyil. İçini nə qədər təmizləsəniz də, kimyəvi vasitələrdən təmizlənməyəcək. Bu da balıqların həyatını təhlükəyə ata bilər. 

4. Suyu təmizləyən filterin borusunu da yaxşı təmizləyin. Borunun içini və çölünü sirkəli ilıq su ilə bir neçə dəfə təkrarlamaqla yuyun. 

5. Akvariumu diqqətlə durulayın. Bir neçə dəfə bunu edəndən sonra təmiz parça ilə qurulayın. Kağızla qurulamaq məsləhət görülmür. 

Akvariumun suyunda xlor olsa belə, bu, balıqların evini təmiz saxlamaq anlamına gəlmir. Filteri diqqətli seçmək, həftədə 1 dəfə akvariumda təmizlik etmək, temperaturu 25 dərəcə istilikdə saxlamaq şərtdir. Akvariumun su isidicisinin keyfiyyətli olanından istifadə edin.

Bundan başqa, gündə 2-3 dəfədən çox olmayaraq balıqları yemləmək lazımdır. Əks təqdirdə akvarium tez çirklənəcək. Akvariumu çox işıqlandırmayın, bu, suyun temperaturunu qaldıra bilər. Balıqlar isti suyu sevmir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir