Münasibətinizdə ilk öncə istəklərinizi ifadə edin. İstəmədiklərinizlə başlamayın. Bəzi insanlar münasibətdə özünü, duyğularını ifadə etməyi, özünün haqqı olaraq görməzlər. Duyğularını ifadə etdikdən sonra imtina olunmaqdan, səhv anlaşılmaqdan, qarşı tərəfi incitməkdən qorxarlar. Bu zaman şəxs, həm özünü ifadə edə bilmir, həm də başa düşülmək istəyir. Münasibət də anlaşılmaq istəyirsinizsə, ilk öncə özünüzü ifadə etmək müstəqilliyinizi əlinizə alın. Lazım olan yerdə sərhəd qoyun, “yox” deməyi bacarın, sizə xoş olan və olmayan şeyləri ifadə edin. Bununla da, başqasını incitməyəcəksiniz, hətta özünüzü incitməkdən qoruyacaqsınız.
Çox zaman nə deyəcəyiniz deyil, necə deyəcəyiniz problem yaradır. Ünsiyyət qurduğunuz zaman, ifadə edəcəyiniz sözlərə diqqət edin. Ünsiyyət zamanı sevmədiyiniz şeylər haqqında şikayət etmək yerinə, istəyinizi ifadə etmək daha doğru bir davranışdır. “Sözümü kəsmə, məni dinlə!” demək yerinə, “Xahiş edirəm, məni sonu qədər dinlə “ deyə bilərsiniz. Bu və buna bənzər cümlələrdən istifadə etməklə, münasibətinizi daha sağlam tutacaqdır.
Münasibət də istəmək, tələb etmək utanılacaq bir şey deyildir. Əgər ifadə etməyəcəksinizsə, bir zaman sonra hər kəsi, heç nəyə ehtiyacınız olmadığınıza inandıracaqsınız. Daxilinizə basdırdıqlarınızla, gözləntiniz uyğun olmazsa, bu zaman qəzəb partlaması yaşayacaqsınız. Öz-özünüzə güclü olmaq gözəl bir addımdır, lakin daima heç nəyə ehtiyacınız yoxmuş kimi davranmağınız, Sizi bir zaman sonra yalnız hiss etdirəcək. Çünki münasibət də qarşı tərəfdən də görəcəyiniz bir şeylərin olması, sizin də ona qatqınızın olması lazımdır. İstəməkdən, gözləntilərinizi ifadə etməkdən çəkinməyin. Bu sizin ruhunuzu saflaşdırar.
Psixoloq Zümrüd Haqverdiyeva
Special Kids Bağça tipli Reabilitasiya Mərkəzi