“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə qara ciyər salatının hazırlanma qaydasını təqdim edəcəyik.
Lazım olan ərzaqlar
350 q qara ciyər
1 ədəd pomidor
1 ədəd qırmızı soğan
3 diş sarımsaq
1 dəstə keşniş
duru yağ
Hazırlanma qaydası
Qara ciyəri yuyub təmizləyin. Suyunu süzün. Qaraciyəri doğrayın. Una batırıb bitki yağında qızardın. Pomidoru kubik, soğanı yarımhalqa doğrayın.
Göyərtini xırdalayın. Sarımsağı əzin. Hamısını qaraciyərlə qarışdırın, ağzına qapaq qoyub 10-15 dəqiqə saxlayın. Sonra servis edin.
Təqdim etdi: Aydan Kərimli