“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə kabab salatının hazırlanma qaydasını təqdim edəcəyik.
Lazım olan ərzaqlar
6 ədəd badımcan
5 ədəd pomidor
4 ədəd bibər
1 ədəd soğan
⅓ dəstə reyhan
⅓ dəstə kişniş və ya cəfəri
Hazırlanma qaydası
Bibərləri və pomidorları yuyun. Bıçaqla 2 yerindən deşin. Soba listinin üzərinə yığıb közləyin. Badımcanları sobada közləyin. Badımcanları sobadan cixardıb sonra pomidorları və bibərləri yuyub bir iki yerindən deşib sobada közləyin. Badımcan və bibərlərin qabıqlari isti halda daha rahat soyulur. Qabıqlari soyulan tərəvəzləri doğrayaraq çox incə doğranmış göy-göyərti və quru soğanla qarisdirin. Duzunu, istiotunu kontrol etdikdən sonra soyuducuda soyumağa qoyun. Soyuduğu andan etibarən yeyilməyə hazirdır. Acı sevənlər acı bibəri də közləyib əlavə edə bilərlər
Nuş olsun!
Təqdim etdi: Aydan Kərimli