“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün oxucularımıza kələm kotletinin hazırlanma qaydasını təqdim edəcəyik.
Tərkibi:
1 kq kələm
1 soğan
1 yumurta
2-3 diş sarımsaq
duz
istiot
1/2 st. manna
suxarı
şüyüd
göy soğan
bitki yağı
Hazırlanması:
Kələmin ortasını çıxarın. Bir neçə yerə bölüb duzlu suda təxminən 4-5 dəqiqə bişirin. Sonra sudan çıxarıb aşsüzənə qoyun ki, suyu çəkilsin. Sonra ət maşınından keçirin. Suyunu sıxın. Soğanı da ət maşınından keçirib kələmə əlavə edin. Yumurta, duz, istiot, əzilmiş sarımsaq, xırda doğranmış şüyüd və göy soğan əlavə edib qarışdırın, manna əlavə edin. Alınan qarışığı hissələrə bölün. Kotlet tutun, suxarıya batırıb qızardın.
Nuş olsun!
Təqdim etdi: Aydan Kərimli