itburnu

Payızın orqanizm üçün ən faydalı 10 giləmeyvəsi

Baxış sayı: 558

Payız mövsümünün giləmeyvələri qarşıdakı soyuq fəsildə sağlam qalmaq, immuniteti möhkəmləndirmək üçün təbiətin insana verdiyi bəxşişdir. Bu giləmeyvələrin tərkibindəki minerallar, vitaminlər, antioksidantlar orqanizm üçün istənilən dərmandan faydalıdır.

Beləliklə, oxucularına qızıl payızın orqanizm üçün ən faydalı 10 giləmeyvəsini təqdim edirik.

 

* İtburnu

Məhz payızda yetişən itburnu C vitamini ilə zəngindir. İtburnu limondan, portağaldan da güclüdür. Qripə, viruslara qarşıdır, insanın beynini gücləndirir, böyrək və qaraciyəri təmizləyir. Gündə 2 stəkan dəmləməsi yetərlidir.

 

* Kəndalaş

Yod və S vitaminin mənbəyidir. Azərbaycan yod çatışmayan ölkə olduğundan qalxanvari vəzi xəstəliyi çoxdur. Ona görə həm meyvəsi, həm dəmləməsi, həm mürəbbəsi payızda menyunuzda olmalıdır. Körpə əmizdirən anaların südünü artırır, kişilərdə reproduktiv sistemi gücləndirir. Xərçənqə qarşı təsirlidir.

 

* Qırmızı aroniya

Al qırmızı tünd meyvələrində B qrup vitaminləri vardır. Əsəb, sinir xəstəlikləri olan, yuxusuz insanlar üçün təbii antidepressantdır. Eləcə də E və A vitaminləri kimi antioksidantlar var ki, insanı qocalmağa qoymur.

 

* Çaytikanı

Qızıl adlanan bu giləmeyvə A, C, E, B vitaminləri, marqanis, kalium, fol turşusu ilə zəngindir. Bu giləmeyvə hamiləliyə hazırlaşan qadınlar üçün çox faydalıdır. Körpənin sinir sisteminin düzgün formalaşmasında rol oynayır. Eləcə də daxili xəstəliklər, mədə-bağırsaq, qəbizlik və hemorroyda yeyilir.

 

* Zirinc

Qızdırmanı salır, xəstəni tez sağaldır. İmmuniteti möhkəmləndirir. Ödqovucudur. Ətri insanı sakitləşdirir.

 

* Yemişan

Ürək-damar xəstəlikləri zamanı əvəzsizdir. Aritmiyası olanlar dəmləməsini içə bilər. Sinir pozulmalarını və yuxunu bərpa edir. Yüksək miqdarda pektin olduğu üçün mədə-bağırsaq traktı üçün faydalıdır. Həmçinin piylənmə ilə mübarizə aparır. Şəkər xəstələri mütləq yeməli və çayını içməlidir, çünki insulini artırır.

 

* Mərcangilə

Əhvalı qaldırır, susuzluğu, hərarəti azaldır. Kalsium, maqnizium, dəmir sümükləri möhkəmləndirir, ürək və damarları qidalandırır, təzyiqi tənzimləyir.

 

* Mərcanı

Ən məşhur payız nemətidir. Turşməzə meyvələrində benzoy turşusu var ki, konservirə edici təsir edir. Payız depressiyası, mövsümi qriplərdə çayı içilir. Xərçəng hüceyrələri ondan qorxur.

Bu giləmeyvənin şirəsini uzun müddət içldikdə mədə helikobakteri bakteriyasını məhv edir.

 

* Yergilası

Yəqin adını ilk dəfədir eşidirsiniz, amma dadmağa dəyər. Sarı kiçik meyvələri var. Həzmi yaxşılaşdırır, ödü yuyur, virusları qovur, qripdən qoruyur.

 

* Zoğal

Sidikqovucu, qızdırmasalıcı xüsusiyyəti var. Qrip və virusa yoluxmada, zəhərlənmələrdə, həzm pozuntusu, rotarovirus, diareyada çayı, mürəbbəsi, özü köməyinizə çatar. Zoğal immuniteti qaldırır, tumları hemorroyu sağaldır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir