diz agrilari

Oynaq ağrıları: Qarşısını necə almalı?

Baxış sayı: 529

Bir çox insan oynaq ağrılarından əziyyət çəkir. Bu ağrıları azaltmağın özünəməxsus üsullar var.

Nevroloq Sevinc Həmidovanın sözlərinə görə, oynaq iltihabı, revmatizm geniş yayılmış xəstəliklərdən hesab olunur:

“Təəssüf ki, bu günə qədər bu xəstəliyin tam müalicəsi mümkün deyil. Mən oynaqlardakı ağrıları azaltmaq üçün xalq təbabətindən yararlanmağı məsləhət görürəm. Bu mənada zəncəfildən istifadə etməklə bu ağrılardan qismən də olsa azad ola bilərsiniz. Zəncəfil çox güclü müalicəvi bitkidir. Yüz illərdir istifadə edilir. Tərkibindəki gingerol maddəsi oynaq ağrıları üçün müalicəvidir. Araşdırma zamanı tərkibində iltihabı dayandıran kimyəvi maddə təsbit edilib”.

Ağrıları kəsmək üçün zəncəfili necə hazırlamaq lazımdır?

– Bir qaşıq doğranmış zəncəfil
– Bir stəkan su
– İki çay qaşığı bal
– Bir az darçın

Hər səhər bu qarışıqdan içərək ağrılarınızı azalda bilərsiniz.

Nevroloq oynaq ağrılarına diz ağrılarını misal olaraq göstərir. O, diz ağrılarının müalicəsində proloterapiyadan istidafə edir. Bu üsulu Azərbaycana ilk dəfə həkim özü gətirib. Proloterapiya diz ağrılarından qurtulmağın ən asan və operativ yoludur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir