Türkiyədə həyat yoldaşını sevməyən kişi cərimələnib.
“Gencaile.az”ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, boşanmaq üçün ərizə verən cütlüyün məhkəmə prossesi tərəflərin bir-birlərinə qarşı səsləndirdikləri ittihamlarla seçilib.
.
Ər-arvadın hər ikisi boşanmaqla yanaşı bir-birlərindən təhqir və həqarətə görə kompensasiya tələb ediblər.
Məhkəmə hər ikisinin günahkar olduğu barədə qərar qəbul edir. Lakin qadın məhkəmənin bu qərarı ilə razılaşmayaraq Ali Appelyasiya Məhkəməsinə müraciət edir. Qadın bildirib ki, ərinin “Səni sevmirəm” sözləri ona emosional müstəvidə dağıdıcı təsir göstərib və qadın kimi alçaldıb.
.
Ali Appelyasiya Məhkəməsi arvadın emosional zorakılığa məruz qaldığını sübuta yetirərək əri cərimələyib. Ərin həyat yoldaşına “Səni sevmirəm” deməsi məhkəmənin kişinin arvadına kompensasiya ödəməsi barədə qərar çıxarmasına əsas verib.