tort

“Vulkan” tortu – RESEPT

Baxış sayı: 2. 111

Gencaile.az “Vulkan” tortunun hazırlanma qaydasını təqdim edir:

Tərkibi: 

xəmir: 

1 yumurta
100 q şəkər tozu
300 q un
100 q kərə yağı
0,5 ç.q. söndürülmüş soda

iç: 

100 q qoz

krem: 

400-500 q xama
100-150 q şəkər tozu
50 q şokolad

Kərə yağını şəkər tozu ilə ağarıncayadək çalın. Yumurta, söndürülmüş soda əlavə edib qarışdırın. Az-az un əlavə edin (göstərilən miqdardan az və ya çox gərək ola bilər). Xəmir yumşaq, elastik alınmalıdır. Xəmiri soyuducuda 30 dəqiqə saxlayın.

Xəmirdən az-az götürüb, ortasına böyük olmayan qoz ləpəsi qoyun, kündələyin. Bütün xəmirdən bu qaydada kündələr hazırlayın.

Perqament döşənmiş siniyə düzüb 220 dərəcə qızdırılmış sobada 20-30 dəqiqə bişirin. Soyudun.

Xamanı şəkər tozuyla çalın. Hər kürəni kremə batırıb vulkan formasında üst-üstə yığın.

Şokoladı əridin, tortun üzərindən axıdın (lava kimi).

Kremin torta hopması üçün bir neçə saat tortu soyuducuda saxlayın.

Milli.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir