Doğuşdan sonra ananın əsas vəzifəsi körpəsinin sağlam böyüməsi üçün ona ana südü verməkdir. Süd verən anaların gündəlik necə qidalanmalı olduqları ilə bağlı məsləhət təqdim edir.
Səhər yeməyi. Bir ana mütləq səhər yeməyi yeməlidir. Şəkərli qida və içkilərin ana südünü artırması ilə bağlı səhv bir inanc var. Halbuki, şirin qida və içkilər süd əmələ gəlməsinə mane olur. Səhərlər 1 ədəd quru əncir və ya 1 çay qaşığı bəhməz yeyin. 1 stəkan da yeni sıxılmış meyvə suyu içilə bilər. İştaha olduğu ölçüdə pendir, yumurta, zeytun yeyin.
Çox unlu yeməklər, nanə və cəfəridən uzaq durmaq lazımdır. Arada çox çay, qəhvə içmək süd yaranmasına mənfi təsir edir. Çay yerinə su qəbulunu artırmaq lazımdır.
Günorta yeməyi. Həzmi rahat, dəyəri yüksək olan qazan yeməkləri, ətli tərəvəz yeməkləri, zeytun yağlı yeməklər yeyin. Su tərkibi yüksək olan ispanaq, çuğundur, yaşıl noxud kimi tərəvəz yeməkləri yeyin. Qızartma, çox yağlı, unlu, şəkərli qidalar, cəfəri və nanədən uzaq durun.
Axşam yeməyi. Həzmi çətin olan, yuxu nizamınızı pozan, qaz yaradan paxlalılar, xiyar kimi çiy tərəvəzlərdən uzaq durun. Axşamlar şorba ilə bişmiş tərəvəz yeməyi yeyin.