“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə ətli dovğanın hazırlanmasını təqdim edəcəyik.
Tərkibi:
Qatıq – 2 l
Can əti – 250 q
Baş soğan – 1 ədəd
Xama – 100 q
Yumru düyü – 50 q
Noxud – 80 q
Yumurta – 2 ədəd
Göyərti (keşniş, şüyüd, göy soğan, cəfəri, çuğundur yarpağı, təlpətöyün, turşəng, nanə, ispanaq)
Duz, istiot
Hazırlanması:
Ətçəkən maşınından keçirilmiş ət və soğan qarışığına duz və istiot əlavə olunub balaca küftələr hazırlanır. Küftələr bir az duz əlavə edilmiş suda bişirilir. Axşamdan noxud isladılır və bişirilir. Qatığın üzərinə bir az su, xama, yumurta əlavə edilib çalınır, daha sonra axşamdan isladılmış düyü, bişmiş noxud, xırda doğranılmış göyərti əlavə olunub zəif odda bişirilir. Düyünün bişməsinə az qalmış dovğaya küftələr əlavə edilir. Duz və istiot vurulur.
Nuş olsun!
Hazırladı: Aydan Kərimli