balqabaq

Stress və depressiyanı yox edən üç məhsul

Baxış sayı: 511

Yaşadığımız dövrdə sinir sisteminizə diqqət yetirmək və ona streslə mübarizə aparmağa kömək etmək xüsusilə vacibdir. Bəs yediyimiz məhsullardan hansılar bu baxımdan daha faydalıdır?

Dietoloq Mixail Qinzburg streslə mübarizədə uğur qazanmağa kömək edən üç məhsulun adını çəkib. Bunlar aşağıdakılardır:

 

Balqabaq

Balqabağın faydalı xüsusiyyətləri karbohidratların, antioksidanların, vitaminlərin, mineralların və zülalların udulmasını ləngidən yüksək miqdarda lif (pəhriz lifi) ilə bağlıdır. Bundan əlavə, balqabağın tərkibindəki vitaminlər orqanizmi vaxtından əvvəl qocalmaqdan qoruyan güclü antioksidantlardır.

“Son illərdə bağırsağın vəziyyətinin öyrənilməsinə çox diqqət yetirilir. Normal bağırsaq mikroflorasını stimullaşdıran bütün qidalar əhval-ruhiyyəyə təsir edən qidalardır”, – deyə doktor əlavə edib.

 

Balqabaq toxumu

Balqabaq tumları maqnezium, sink və selenlə zəngindir.

“Orqanizmdə yaxşı bir maqnezium deposunun çox vaxt müsbət aura ilə əlaqəli olduğunu təsdiqləyən bir araşdırma var”,-deyə ekspert bildirib.

 

Qırmızı lobya

Qırmızı lobyanın paxlanın tərkibində beyin üçün çox faydalı olan demək olar ki, bütün B vitaminləri, eləcə də insan orqanizmi üçün lazım olan bir sıra minerallar var.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir