Albert Eynsteyn

Ən qəddar ərlər və onların qəribə tələbləri

Baxış sayı: 773

Biz bu adamları əslində digər statusları və istedadlarına görə başqa cür tanıyırıq. Onlar cəmiyyət üçün bir, ailələri üçün digər simalarda olublar. Beləliklə, məşhur simaların qəribə ailə həyatları barədə məlumatı təqdim edirik:

 

İvan Qroznı 

Qəzəbinə və zəhminə görə ətrafındakı hər kəsin bağırını yaran, oğlunu əlləri ilə boğan bu çardan yəqin ki, yaxşı ailə başçısı olmağı kimsə gözləməzdi. Tarixçilərin iddialarına görə, onun 8 xanımı olub və Qroznı onların 7-ni öldürüb. Amma elə öldürüb ki, günahı onda görməyiblər. Birinci arvadı zəhərlənib, ikincisi zindanda vərəmdən, üçüncüsü şəkərli meyvələrdən zəhərlənməklə ölüb.  Dördüncüsü şərə salındığına görə ömrünün son 50 illini monastrda tək hücrədə keçirib, beşincisi buzlu çayda boğulub. Altıncısı toydan 3 ay sonra anidən ölüb, yeddinci xəyanətə görə diri- diri basdırılıb. Yalnız 8-ci xanım ərindən uzun yaşaya bilib. O qorxular altında buna yaşamaq demək mümkünsə.

I Pyotr

Onun çoxlu sayda sevgililəri var idi və çox zaman xanımı Yekaterina bu lediləri ərinin yataq otağına özü ötürürdü. Lakin Pyotr Yekaterinanın aşiqi Vilyam Mons barədə məlumat alanda arvadı qədər səxavətlə davranmadı. O, həmin kişini parçalatdı və edam səhnəsinə Yekaterinanın baxmasını tələb elədi. Pyotr Monsun kəsilmiş kəlləsini su dolu şüşə qaba yerləşdirib xanımın yatağının baş ucuna qoydurdu. Yekaterinaya bu kəlləni ordan götürmək qadağan edildi. Əks halda onun özünün də kəlləsini qoparmaqla təhdid etdi. Pyotrun xanımı uzun müddət sevgilisinin iylənmiş kəlləsi ilə göz gözə yaşamalı oldu.

Lev Tolstoy

34 yaşlı Lev 18 yaşlı Sofiyaya evlənən gün sərt qadağalar qoydu. Evdən bayıra addım atmayacaq. Sofiya 13 uşaq dünyaya gətirdi, bu müddətdə əri onlarla qadınla eşq macərası yaşadı. Yaşadıqları azmış kimi Lev Tolstoy onu dəhşətli qısqanclıqları ilə bezdirirdi.

Mixail Bulqakov

Məşhur yazıçı dünyanın ən naşükür kişisi sayıla bilər. I Dünya Müharibəsində Onun xanımı Tatyana Lappa ərinin arxasınca müharibəyə gedib. Tibb bacısı kimi kömək edirdi. Yazıçı həmin ərəfələrdə morfi asılılığına düşdü və hər dəfə morfi vurulduqdan sonra Tatyananı öldürməklə təhdid edir, döyür, işgəncə verirdi. Tatyana ərini bu çətin vəziyyətdən xilas edib, sağaltdıqdan sonra Bulqakov ilham almaq üçün gənc sevgililərinin olmasının vacibliyini bildirərək, onu boşadı.

 Yazıçı Aleksandr Blok

Bu yazıçının ailə və seks barədə düşüncələri qəribəydi. O, arvadına ilahəyə davranırmış kimi davranır, onu sevir, ilahiləşdirirdi. Lakin toxunmurdu. Blokun fikrinə görə sevgi və seks fərqli anlayışlardır və o, yatmaq üçün özünə fərqli qızlar tapırdı. Deyirdi ki, xanımı ilə fiziki yaxınlığı olsa mənəvi yaxınlığı itirəcək və daha sevməyəcək. Beləcə ömürləri boyu iki məsum aşiq kimi yaşadılar.

Albert Eynşteyn

Bu məşhur alimin xanımına təqdim etdiyi siyahı belə idi. Arvad ərini vaxtında yedizdirməli, üstünü səliqəli saxlamalı, alim tələb edərkən yataq otağından və kabinetdən dərhal sorğu-sualsız çıxmalı, ona sual verməməli, başqalarının yanında etiraz etməməli və heç bir intim yaxınlıq tələbində olmamalıydı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir