zorakiliq

Cəmiyyətdə qadına qarşı zorakılığı necə azaltmaq olar?

Baxış sayı: 724

Qadına qarşı zorakılıq bütün cəmiyyətlərin problemidir. Daha çox az inkişaf etmiş toplumlarda qadın ikinci dərəcəli varlıq hesab edilir, döyülür, cinsi zorakılığa məruz qalır, öldürülür. Təəssüflə qeyd etməliyik ki, Azərbaycan toplumunda da qadına qarşı zorakılıq halları mövcuddur. Və bu hal getdikcə artır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, hüquq-mühafizə orqanları və s. aidiyyatı qurumların fəaliyyəti demək olar ki, nəticəsizdir…

Cəmiyyətdə qadına qarşı zorakılığı necə azaltmaq olar?

Sosioloq Orxan Şahbaz  bildirir ki, burada problemin kökü kişi və qadın münasibətlərində olan məsələnin mentalitetlə, hüquqi proses arasında olan toqquşmasıdır. İnsanlar hüquqi məsələlərə o qədər də qiymət vermirlər. Yəni bu cəmiyyətdə hüquq insanların həyatını kütləvi olaraq müəyyən etmir, mentalitet müəyyən edir.

Orxan Şahbaz

“Camaat nə deyər, filankəsin fikirləri, el qınağı və s. bu kimi məsələlər ortaya gətirib çıxarır. Deyirlər ki, keçmişdə evləndirirdilər? bu qədər problem olmurdu. İndiki uşaqlar pozulub və s. Bu da yanlış yanaşmadır. Onlar keçmişdə olan yanlış ailəqurma modelinin nəticəsidir. Ağac bar verib, bar vermiş ağacın meyvələri bar verəndə də problemlər ortaya çıxır” – deyən ekspert bildirir ki, hüquqi maarifləndirmə mütləq şəkildə olmalıdır. İnsanlar bilməlidir ki, hara müraciət etməlidir, necə etməlidir. Onun fikrincə, dövlət tərəfindən sosial proqramlar, QHT və ya təşkilatlar tərəfindən təşviq olunma prosesi olmalıdır. Yəni belə bir hallar baş verərsə nə etmək lazımdır.

Belə hallar təhsilli ailələrdə də olur, amma daha çox təhsilsiz, bir az dünyagörüşü geri qalmış ailələrdə daha çox ön planda olur: “Ər xəyanət etməyə meylli olur, nə istəsə, edir. Qadın da etiraz edəndə, başlayır şiddət göstərməyə. Sonu da cinayətlə nəticələnir.

Azərbaycanda ailə modeli, mental olaraq o qədər lağlağı və ələ salınma yeri kimi müzakirə olunur ki, bu da insanların davranışına təsir edir. Çünki bir şeyi lağlağı vəziyyətinə salırsansa, insanların ona qarşı dəyəri itir. Qaynana-qaynata tərəfə yıxılma, arvadın sözünə baxma və s. kimi ifadələr var. Bu da mentallıqla bağlı olan bir şeydir. Bu da öz təsirini göstərir və insanlar ailəyə ciddi bir şey kimi yanaşmırlar”.

Orxan Şahbaz bildirir ki, Azərbaycanda qadına qarşı zorakılığın qarşısının alınması üçün dövlət tərəfindən sosial proqramlar həyata keçirilməlidir.

 

İlahin Zamin




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir