xeyanet

“Kişi bədəni ilə, qadın ruhu ilə xəyanət edir”

Baxış sayı: 704

Bu gün boşanmalarda daha çox xəyanət səbəb göstərilir. Kişilərin və ya qadınların həyat yoldaşlarına xəyanəti ailədə bağışlanmır və bu boşanma ilə nəticələnir. Bəzən isə, qadınlar kişilərin xəyanətini bağışlayıb yaşamağa davam edirlər. Bunun isə, başqa səbəbləri var. Bu dəfə sizə xəyanətin səbəbləri haqqında danışacağıq.

Mütəxəssislərə görə, xəyanət bir nəticədir. Hər zaman deyirlər ki, “ərim və ya arvadım xəyanət etdi”. Amma bu xəyanətə qədər olan prosedura qədər bir sıra hadisələr olur ki, onun nəticəsində xəyanət baş tutur. Xəyanət varsa, iki tərəfin də rolu orada mütləq var.

xeyanet

Psixoloq, kouç Nura Cəfərzadə bildirir ki, kişilər bədəni, qadınlar da ruhu ilə xəyanət edir: “Bəzən mən pasientə xəyanətin səbəblərini izah edəndə o, deyir ki, “biz sevmişik, daha yeni evlənmişik”. İnsanlar anlamalıdır ki, ailədə dostluq, mehribanlıq öz yerində, amma cinsi münasibət də önəmli yer tutur. Bu olmayanda da xəyanətə aparıb çıxarır. Bu, bir psixoloji məqamdır. Elə qadın və kişilər var ki, onlar daha çox temperamentli olur. Belə insanlar cinsəlliyi dilə gətirib deməsə də, ört-basdır etməyə çalışsa da, onlar üçün cinsəllik prioritet olur. Onlar bunu qarşı tərəfdə görməyəndə və ya yaşamayanda xəyanət baş verir”.

Psixoloq qeyd edir ki, ailə bağlarının hansısa bir tərəfində bir boşluq varsa, 3-cü şəxs gəlib o boşluğa girə bilir: “Belə izah edək, məsələn, ailə bağlarında dürüstlük pozulur. Kişi daha dürüst birini görür və daxili təlabatı düzgün  olduğu üçün kişi elə düşünür ki, başqa qadına aşiq olub. Və başlayır kənarda görüşməyə. Və yaxud ailədə hər şey qaydasındadır, cinsəllikdən başqa. Qadın elə düşünür ki, biz birlikdə çətinliklərindən öhdəsindən gəldik, biz birlikdə çox şey yaşadıq. Kişi isə, cinsəlliyi istəyir. Kişilər xəyanət etdiyi zaman bədəni ilə, qadın da ruhu ilə xəyanət edir. Qadınlar üçün cinsəllikdən çox, başqa məqamlar üstünlük təşkil edir.

Amerikada boşanmalar üzərində aparılan bir araşdırmaya görə, məlum olub ki, sevib ailə quranlar daha çox ayrılır, nəinki sevməyib ailə həyatı quranlar. Məlum olub ki, kişilər cinsəllikdə sevdikləri qadını incitmək istəmirlər. Sevmədikləri qadına qarşı istədikləri kimi rəftar edə bilirlər. Yəni, məsələ budur. Cinsəllik” – deyən kouç bildirir ki, xəyanətlərdə emossinal bağların da rolu var. Məsələn, kişilər ailə quranda analarına bənzəyən qadınla və qadınlar da ailə həyatı quranda atalarına bənzər kişilərlə ailə qurur. Bu da ondan irəli gəlir ki, qadının ilk tanıdığı kişi atası, kişinin ilk tanıdığı qadın isə, anası olur. Bu ilk tanışlıq, insanın ömrünün sonuna qədər onunla davam edir: “Məsələn, mənim atam soyuqanlı və uşaqları ilə sevgisiz davranaın bir kişidir. Mən böyüyəndə eyni davranışlara malik, mənimlə eyni dərəcədə davranan kişini həyatıma çəkirəm. Hansısa qadın özünü dəyərsiz hiss edirsə, ona dəyər verməyən və ona xəyanət edən və ya alçaldan insanları həyatına mütləq çəkəcək”.

Psixoloqun fikrincə, bizim cəmiyyətdə ər-arvad arasında cinsəl məsələlər heç danışılmır. Qadın danışmaq istəsə belə, ona müxtəlif etiketlər yapışdırılır. Buna görə də qadınlar susub istədiklərini dilə gətirə bilmir. Kişilər isə, həyat yoldaşlarına başqa dəyər verdikləri üçün istədiklərini deyə bilmirlər. Buna görə də, Azərbaycan kişisi ilə qadını arasında cinsəl münasibətlər çox soyuq olur. Bu səbəbdən, kişilər öz istəklərini kənarda axtarmağa başlayır. Xəyanət çox zaman kişinin qadını sevməməsi anlamına gəlmir. Kişilər, sadəcə bədəni ilə xəyanət edir.

xeyanet

Bir dəfə xəyanət edən kişi, hər zaman xəyanət edirmi?

Psixoloq bildirir ki, bu qadının verdiyi ilk reaksiyadan asılıdır. Qadın, o boşluğu tapıb doldurmalıdır ki, kişi başqa qadını həyatına almasın. Boşanmaq və ya bağışlamaq. Bu qadının seçimidir. Kişinin maddi imkanları varsa və qadın maddi baxımdan özgür deyilsə, əksər hallarda ailə davam edir. Amma qadın yenə özünü düzəltmir, bu zaman kişi də xəyanətinə davam edir.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir