“Daun sindromlu” uşaqlar bir-birinə oxşayır, stereotipləri eyni olur. Onlarda boy qısa olur, əqli inkişafdan geri qalırlar. Kəlləsi kiçik və yumru olur və üz nahiysində yastılaşır. Yanaqlar uzun yastılaşmış fonunda bir qədər üzə çıxır. Gözləri uzunsov və kiçik olur. Göz yarığı çəp, dili böyük, dişləri seyrək, əzələləri və oynaqları zəif inkişaf etmiş olur.
Daun xəstəlik deyil sindromdur.
Bu sindrom, daha çox əqli inkişafda gerilik və digər orqanlarda qüsur əmələ gətirən, anadangəlmə bir xromason anomaliyasıdır. Belə uşaqlarda məhdud anlama bacarığı, böyük və kiçik motor problemi var. Uşaqların nitqində ləngimə, zəif eşitmə, görmə problemləri olur. Onların immunitetləri zəif olur və bu uşaqlar qulaq, göz infeksiyasına meyillidirlər. Yetkin bir Daun sindromlunun zəkası təqribən yeddi yaşlı normal uşağın əqli inkişaf səviyyəsinə bərabər olur.
Daun sindromlu uşaqlarda, öz aralarında əqli səviyyələrinə görə fərqlənirlər. Onların içərisində daha istedadlıları olur. Onlarda gəzməyi, oxumağı, yazmağı, rəqs etməyi yəni normal uşaqların bacardığı bir çox şeyləri öyrənə bilər.
Bunu təmin etmək üçün isə yalnızca müəyyən olunma proqram əssasında Daun sindromlu uşaqlarla işləmək lazımdır.
Arzu Bağırova
Psixoloq-pedaqoq