xeyanet

Kişilər niyə xəyanət edir? – PSİXOLOQ YANAŞMASI

Baxış sayı: 605

Qadınların çoxu “kişilər niyə aldadır, niyə xəyanət edir” deyə düşünürlər. Qadınların xəyanətə uğramalarının müxtəlif səbəbləri var. Bəs görəsən, kişilər niyə aldadır?

İllərdən bəri davam edən xəyanətin bir çox fərqli səbəbləri ola bilər. Kişilərin aldatması ilə bağlı müxtəlif zamanlarda müxtəlif araşdırmalar aparılıb. Əldə edilən nəticələr isə, səbəblərin bir-birindən fərqli olduğunu ortaya qoyub.

Aldadılan qadın uzun müddət narahat olur, özünü dəyərsiz və yetərsiz hiss edir. Qadın bəzən sevilmədiyini düşünüb, duyğusal böhrana da girə bilər. Qadınlar aldadıldıqdan sonra aylarla niyə aldadıldıqlarını düşünərlər.

Mütəxəsislərin fikrincə, aldadan kişilərin psixologiyasına nəzər salan zaman, kişilərin macəranı sevdikləri əsas gətirilə bilər. Kişi aldatma müddətində olan gizlilikdən həzz alır və gizli olan bu vəziyyət onu həyəcanlandırır. Öz münasibətində həyacan hiss etməyən kişi münasibətin əvvəllərində yaşadığı eyni həyəcanı və başqa bir münasibətə başlayaraq gizli şəkildə yaşayır.

xeyanet

Psixoloq Leyla Zamanın fikrincə, bu qadağan edilmiş vəziyyət kişinin həyatına fərqli bir rəng və duyğu qatar. Bu səbəb, kişinin xarakterindən irəli gəlir. Kişilərin aldatma səbəblərindən biri macəra olaraq ifadə edilir.

Tez-tez qarşılaşdığımız xəyanət səbəblərindən biri də sərxoşluq halıdır. Bir çox kişinin yaşadığı bu vəziyyət çox önəmlidir. Kişi sərxoş olarkən məntiqli düşünməyə bilər və itirəcəklərinin o an fərqində olmaz. Həmin mühitdə olan qadın kişiyə yaxınlaşarsa və yaxud kişi qadını bəyənərsə, sərxoş halda ikən aldatma baş verə bilər. Bu səbəblə də, aldatmalarda spirtli içkilərin rolu böyükdür.

Bəzi kişilər aldatmağı normal qəbul edirlər. Burada aldatma xəyanətin kişi tərəfindən normal olaraq qəbul edilməsi ilə əlaqəlidir. Kişilərin əksəriyyəti bunu təcrübə kimi qəbul edirlər. Kişi ətrafında olan bir qadından xoşu gələn zaman özünü idarə edə bilməz, içindəki istəklərə məğlub olaraq aldada bilər.

Əslində aldatma bir seçimdir. Kişi, bunu şüurlu və ya şüursuz şəkildə seçir. Kişinin həmin an duyğularına “yox” deyə bilməməsi içində olduğu münasibəti unutmaq, yox saymaqdır. Bu formada aldadan kişilərin çoxu, sonradan peşman olur. İradəsizlikdən qaynaqlanan xəyanət, əksər kişilərin problemidir.

Aldatmağın başqa bir səbəbi kişinin yaşadığı münasibətin problemli olmasıdır. Kişilər problemlərdən qaçmaq üçün sevgilisini və ya həyat yoldaşını başqa bir qadınla dəyişə bilir. Bu, kişinin düşündüyü ani çarədir. Nəticəsini düşünmədən hərəkət edirlər.

Psixoloq deyir ki, aldatmağı alışqanlıq halına salan kişilər hər zaman aldadar. Daima özlərini yetərsiz hiss etdikləri üçün aldadarlar. Belə olan zaman kişi, özünü daha dəyərli hiss edir. Bu, bir psixoloji problemdir. Kişilər bu problemi həll etmək üçün mütəxəssisə müraciət etməlidir. “Kişilər niyə aldadır?” sualına cavab tapmaq üçün problemin kökünə baxmaq lazımdır.

xeyanet

P.S. Elə bir zamanda yaşayırıq ki, tanışlıqlar asanlaşıb, əlaqə yaratmaq və ünsiyyət qurmaq sadələşib. Bu vəziyyətdə isə, insanların bir-birinə verdiyi dəyər itir. Artıq qadının kişi, kişinin qadın üçün bir önəmi qalmır. Kişi də, qadın da düşünür ki, ayrıldıqdan sonra başqasını tapmaq o qədər də zaman almayacaq. Bu səbəbdən də, cəmiyyətdə təkcə kişilər deyil, qadınlar da aldadır. Hirsindən, qəzəbindən, aqressiyadan, əvəz çıxmaq üçün və hərhansı səbəblə…

Xəyanət varsa, artıq ortada bir münasibətin bitdiyi deməkdir. Kişinin və ya qadının ailəli və ya sevgili olduğu biri varsa və münasibətə üçüncü biri daxil olursa, deməli, heç o ailə və sevgi münasibətindən danışmağa dəyməz. Belə hal ilə qarşılaşdığınız zaman ya hər şeyə göz yumub, susub davam etməlisiniz, ya da getməlisiniz.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir