Görəsən qadınların neçə yüz il əvvəl gözəl qalma üçün hansı sirləri var idi? Gəlin bu sualların cavabına birlikdə baxaq.
Manikürün banisi
Sən demə, manikür və dırnaqlara qulluq proseduru Kleopatra tərəfindən icad edib. O zamanlar parlaq manikür (qırmızı, qara, yaşıl) yalnız Misirin nəcib şəxsləri tərəfindən istifadə olunurdu. Qədim zamanlardan bəri baxımlı dırnaqlar zənginlik əlaməti hesab olunurdu. Yeri gəlmişkən, qədim Misirdə manikür cihazları yalnız qızıldan hazırlanırdı. Qullar da dırnaqlarını boyaya bilərdilər. Onlar ancaq neytral, yumşaq rənglərdən istifadə edə bilərdilər.
Qaşları birləşmiş qadın gözəllik etalonudur
Qədim zamalarda qadınların çatmaqaş olması gözəllik etalonu sayılırdı. Subay qızlar qaş tüklərini keçi südü və qara məhlulun qarışığından olan xüsusi rəngə boyayırdılar. Onlar bunu qaş arası tüklərin böyüməsini stimullaşdıraq üçün edirdilər. Bu gözəllik standartı taciklər arasında (xüsusən də kənd yerlərində) hələ də qorunub saxlanılır.
Evli qadınlar üçün qaşlarını rəngləmək isə mənfi hal kimi dəyərləndirilirdi.
Qədim Misirdə qadınlar gözlərini xəstəlikdən necə qoruyurdular?
Nil çayının tez-tez baş verən daşqınları bir çox bakteriyaların çoxalması üçün əlverişli mühit yaradırdı. Buna görə də qadınlar gözlərini müxtəlif xəstəliklərdən qorumaq və parlaq günəşin gözlərinə zərər verməməsi üçün göz qapaqlarını qara rənglə boyayırdılar.
Dodaqlarını boyayan qadınlar cadugər idilər?
Qədim zamanlarda dodaqlarını boyayan qızın cadugər olduğuna inanılırdı. Buna görə də 19-cu əsrə qədər bütün qadınlar dodaqların daha gözəl etmək üçün onları tez-tez dişləyirdilər.
İlk gözəllik yarışması harada keçirilib?
1888-ci il sentyabrın 19-da Belçikanın kurort şəhərindəki Spada Birinci Dünya Gözəllik Müsabiqəsinin finalı oldu. Sonra bu tədbir bağlı qapılar arxasında keçirildi və münsiflər heyətində yalnız kişilər iştirak edirdi. 21 namizədlə müsahibədən sonra əsas mükafatı , yəni, 5000 frankı alan Qvadelupadan olan 18 yaşlı Berta Sukare oldu. O zamanlar gözəllik kraliçalarına hələ tac verilmirdi.
Dəb xatirinə radioaktiv makiyaj
Gözəllik sənayesində vəsait tələbinin əsas şərti kosmetikanın təhlükəsiz olması idi. Sağlamlığını düşünən hər bir qadın təbii məhsullar və ya effektivliyi və təhlükəsizliyi sübut edilmiş maddələr seçirdi. Lakin 1930-ci illərdə qadınlar dəb xatirinə parabendən hazırlanan kimyəvi kosmetik vasitələrdən də istifadə edirdilər.
Samirə Tağıyeva