gozellik

Xanımların gözəllik sirləri

Baxış sayı: 469

Görəsən qadınların  neçə yüz il əvvəl gözəl qalma üçün  hansı  sirləri var idi? Gəlin bu sualların cavabına birlikdə baxaq.

 

Manikürün banisi

Sən demə,  manikür və dırnaqlara qulluq proseduru Kleopatra tərəfindən icad edib. O zamanlar  parlaq manikür (qırmızı, qara, yaşıl) yalnız Misirin nəcib şəxsləri tərəfindən istifadə olunurdu. Qədim zamanlardan bəri  baxımlı dırnaqlar zənginlik əlaməti hesab olunurdu. Yeri gəlmişkən, qədim Misirdə manikür cihazları yalnız qızıldan hazırlanırdı. Qullar da  dırnaqlarını boyaya bilərdilər. Onlar ancaq neytral, yumşaq rənglərdən istifadə edə bilərdilər.

 

Qaşları birləşmiş qadın gözəllik etalonudur

Qədim zamalarda  qadınların çatmaqaş olması gözəllik etalonu sayılırdı.  Subay qızlar qaş tüklərini keçi südü və qara məhlulun qarışığından olan xüsusi rəngə boyayırdılar.  Onlar bunu qaş arası tüklərin böyüməsini stimullaşdıraq üçün edirdilər.  Bu gözəllik standartı taciklər arasında (xüsusən də kənd yerlərində) hələ də qorunub saxlanılır.

Evli qadınlar üçün qaşlarını rəngləmək isə mənfi hal kimi dəyərləndirilirdi.

 

Qədim Misirdə qadınlar gözlərini xəstəlikdən necə qoruyurdular?

Nil çayının tez-tez baş verən daşqınları bir çox  bakteriyaların çoxalması üçün əlverişli mühit yaradırdı. Buna görə də  qadınlar  gözlərini müxtəlif xəstəliklərdən qorumaq və parlaq günəşin gözlərinə zərər  verməməsi üçün göz qapaqlarını qara rənglə boyayırdılar.

 

Dodaqlarını boyayan qadınlar cadugər idilər?

Qədim zamanlarda dodaqlarını boyayan qızın cadugər olduğuna inanılırdı. Buna görə də 19-cu əsrə qədər bütün qadınlar dodaqların daha gözəl etmək üçün onları tez-tez  dişləyirdilər.

 

İlk gözəllik yarışması harada keçirilib?

1888-ci il sentyabrın 19-da Belçikanın kurort şəhərindəki Spada Birinci Dünya Gözəllik Müsabiqəsinin finalı oldu. Sonra bu tədbir bağlı qapılar arxasında keçirildi və münsiflər heyətində yalnız kişilər iştirak edirdi. 21 namizədlə müsahibədən sonra əsas mükafatı , yəni, 5000 frankı alan Qvadelupadan olan 18 yaşlı Berta Sukare  oldu. O  zamanlar gözəllik kraliçalarına hələ tac verilmirdi.

 

Dəb xatirinə radioaktiv makiyaj

Gözəllik sənayesində vəsait tələbinin əsas şərti kosmetikanın təhlükəsiz olması idi. Sağlamlığını düşünən hər bir qadın təbii məhsullar və ya effektivliyi və təhlükəsizliyi sübut edilmiş  maddələr seçirdi.  Lakin 1930-ci illərdə qadınlar dəb xatirinə  parabendən hazırlanan kimyəvi kosmetik vasitələrdən də istifadə edirdilər.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir