xeyanet

Kişi və qadınların fərqli xəyanət səbəbləri – PSİXOLOQ DANIŞIR

Baxış sayı: 656

“Aldadılmaq münasibətlər üçün ən dərin yaralardan biridir və insanlar üçün ən ağrılı hisslərdən biridir. İnsanların onlara verilən dəyəri şübhə altına aldığı, özünə inamının sarsıldığı, inanclarının məhv edildiyi çətin bir prosesdir. Bu prosesdə həm aldanan, həm də aldadan tərəf üçün müxtəlif emosional komplekslər yaranır. Lakin bu hadisədən ən çox zərər çəkən əsasən aldadılan tərəf olur. Bunun əsas səbəblərindən biri də münasibətlərin qurulduğu gündən bəri ən önəmli hisslərdən biri olan güvən hissinin boşa getməsidir”.

Psixoloq Elnarə Əsədova sözlərinə görə, insanlar münasibətlərində sevgi, romantika, dostluq, paylaşma, dəyər vermə kimi bir çox fərqli gözlənti və meyar axtarırlar. Lakin bütün bunlardan əvvəl gələn və əslində hər bir əlaqənin əsasını təşkil edən əsas duyğu güvən hissidir. Çünki insanlar üçün özlərindən başqa güvənəcəkləri, bütün zəifliklərini, xəyallarını, səhvlərini paylaşa biləcəkləri birinin olduğunu bilmək çox vacibdir.

Aldatma hissi münasibətlərin ilk mərhələsindən formalaşan və bütün mənəvi hissləri qidalandıran inamı sarsıdaraq onun yox olmasına səbəb ola bilər. Belə bir vəziyyətdə nə qədər sevgi və məhəbbət olsa da, bütün duyğuların bağlı olduğu inam artıq o əlaqənin varlığı üçün lazım olan gücünü itirir. Özlərinə olan və qarşı tərəfə olan inamı itirməkdən başqa, aldadılan tərəflər üçün sonrakı proseslərdə fərqli emosional itkilər ola bilər. Bunlardan ən başlıcası, aldadılan tərəfin öz hisslərini sorğulamasıdır. “O məni aldatdı”, “O məni seçmədi” düşüncəsinin qarşısında “buna rəğmən mən onun sevirəmmi” sualına çox zaman aldadılan tərəf “Yox, dəyməz” deyə cavab verir. Zamanla aldadılan insanlar müəyyən hisslərin dəyərinə şübhə edə və ya onlardan uzaqlaşa bilərlər.

Aldatma depressiya yarada bilir. Yuxusuzluq, ümidsizlik, bədbəxtlik, mənfi düşüncələrə meyillilik, özünə inamın itirilməsi, narahatlıq və qorxu aldadılma depresiyasının əlamətləridir. Depressiya beyindəki bəzi kimyəvi balanssızlıqlarla birlikdə psixi sağlamlığı ciddi şəkildə gərginləşdirir. İnsanların aldandıqdan sonra yaşadıqları dərin kədər, özünü sorğulama, sıx emosional partlayışlar və ani dəyişikliklər depressiyanın yaranmasına və dərinləşməsinə səbəb ola bilər.

Xəyanət, tərəflərdən birinin başqasına fiziki və ya emosional yaxınlaşması deməkdir. Bu, sadəcə başqası ilə olmaq deyil. Emosional və romantik şəkildə paylaşmaq, partnyordan başqa insanlarla ünsiyyət qurmaq və ya vaxt keçirmək, dəyər vermək, bir-birini ruhən paylaşmaq da xəyanət sayılır.

xeyanet

Qadınlar niyə xəyanət edir?

Mütəxəssisin fikrincə, qadınların xəyanət etmələrinin müxtəlif səbəbləri var. Qadının emosional dünyası kişilərdən daha həssas və kövrəkdir. Münasibətlərində axtardıqları diqqəti görməməkdən tutmuş partnyorunun onlara olan sevgisinə inanmamağa qədər xəyanət etmələrinə bir çox səbəb var.

“Əgər başqasının sıx marağı və qayğısı onların indiki münasibətlərində axtardığı bir şeydirsə, bu zaman qadın ona qayğı göstərilməsinə mane ola bilməyəcək. Bu vəziyyətdə qadınlar onların istəklərini həyata keçirən biri ilə münasibət qurmaq istəyə bilər” – deyə psxiloq bildirir.

xeyanet

Kişilər niyə xəyanət edir?

Kişilərin münasibətlərdən gözləntiləri fərqlidir. Aldatma, insanların münasibətlərində olan inam və xoşbəxtliklə bağlıdır. Yaşadığı hisslərin paylaşılmasını, hiss etdiyi sevgini, aldığı sevgini, qurduğu əlaqəni itirmək istəməyən heç kim aldatmır. Lakin boşluq hiss edən, boşluqda buraxılan hər kəs bir gün aldadır. Münasibətdə olduğu insanın başqa bir insanla emosional və ya fiziki münasibətdə olması, aldanan tərəfin ona üstünlük verilmədiyini hiss etməsinə səbəb olur. Ona görə də bu seçimdən kənarda qalmaq özünə inam hissini zədələyə bilər. Aldatmadan sonrakı müddətdə fərdlər münasibətini davam etdirsə də, etməsə də, qarşı tərəfi bağışlamağı öyrənməlidir. Bu zaman artıq yükdən azad olmuş hiss edəcəksiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir