bas agrisi

Miqren tutmaları və onun xüsusiyyətləri

Baxış sayı: 514

Baş ağrıları əksər hallarda miqren xəstəliyi ilə əlaqədar olur. Dünyada miqren ən çox yayılan üçüncü xəstəlikdir və hər 7 nəfərdən birində rast gəlinir.

Bəzən xəstələr adi başağrısı ilə miqreni ayırd edə bilmirlər. Bu barədə məlumat verən həkim-nevropatoloq Məlahət Məmmədova deyib: “Miqren əsasən başın bir tərəfinə əhatə edən şiddətli ağrılarla xarakterizə olunur. Miqren zamanı ağrı əsasən boyun nahiyəsindən başlayır və onun gicgah, ənsə nahiyəsindən gözə qədər yayılması müşahidə edilir. Ay ərzində xəstədə 8 dəfədən az olmayaraq ağrılar olarsa, üç ay müddətində təkrarlanarsa və ağrıların davametmə müddəti 4 saatdan artıq olarsa, xroniki miqren diaqnozu qoyulur”.

Miqrendən birdəfəlik xilas olmaq mümkün deyil. Lakin ağrıları azaltmağın yolları var: “Miqrenin tam müalicəsi yoxdur, tutmalar zamanı ən çox ağrıkəsicilər və antidepressantlardan istifadə olunur. Boyun və kürək nahiyəsinə təyin olunan proloterapiya iynələr vasitəsilə əzələ və sinir bağında gərginlikləri, vegetativ sinir sisteminə təsir edərək miqren tutmalarının intensivliyini azaltmaq mümkündür. Həmin üsulla miqren ağrısı və digər əlamətləri – işıq qığılcımları, bulanıq görmə, ürəkbulanma və qusmanı aradan qaldırmaq olur”, – deyə həkim-nevropatoloq bildirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir