Chanel Fashion Show on Saint Tropez harbour.  Saint Troopez, France

Məşhur xanımlar gözəllik sirlərini açıqladılar

Baxış sayı: 1. 797

“Gencaile.az” Aile.lent.az-a istinadən məşhur aktrisa, model, ifaçı və vizajistlərin paylaşdıqları gözəllik sirlərini təqdim edir.

Keyt Blanşet: “Anam həmişə deyərdi ki, qocal, ancaq əllərinə həmişə qulluq elə. Onlar yaşı biruzə verən ilk orqanımızdı”.

Norveçli aktrisa Niv Ulman: “Həmişə sevib-sevilin. Bu, gözəlliyi qoruyub saxlamağa kömək edir”.

Gürcü modeli Mey Jagger: “Əgər dodaq boyasının uzun müddətli qalmasını istəyirsizsə, dodaq dərisini tez-tez soymaq lazımdır. Bunun üçün ayrı diş fırçam belə var. Bundan başqa həmişə qaynar suda qarışdırılmış qəhvəyi şəkərlə dodaqlarıma pilinq edirəm”.

Avropanın məşhur vizajisti Uill Malerb: “Gözlərə kölgə vermək istəyirsizsə, yaşıl gözlər üçün ideal bordo, qırmızı, çəhrayı çalarlar, mavi rəngli gözlər üçün narıncı- qəhvəyi, bürünc, qəhvəyi gözlər üçün bənövşəyi kölgə, kömür, boz rənglər və tünd mavi göz qələmi seçin”.

Model Ancela Lindvall : “Evdə gözəllik üçün nəsə etmək istəyirsizsə, duz, kakao, zeytun yağı, darçın, limondan ibarət maska edə bilərsiz. Aromatik duzları çimərkən, ağ gili isə təmizləyici kimi istifadə edin”.

Vizajist Tom Peşo: “Rəngsiz dodaq boyalarını, pastel tonları qətiyyən bir neçə qat üst-üstə vurmayın. Dodaqlarınız meyit dodağına bənzəyər”.

Dutzen Kruz:” Gecələr yatarkən saçlarıma orqanik kakao yağı sürtürəm. Bədənə də sürtüb şəkər tozu ilə pilinq edə bilərsiz. Bu pilinqi dəniz suyunda yumağı məsləhət görürəm. Dərini inanılmaz yumşaq edəcək”.

Eva Mendes: “ Mən elə indicə dənizdən gəlirəm” təəssüratını oyadan saçları çox sevirəm. Bunu əldə etmək üçün gecələr saçıma yuyulmağa ehtiyac olmayan qulluq kremi vurub, papaq taxıram”.

Aktrisa Elizabet Xerli: “Hər kəsə mümkün olduğu qədər açıq havada vaxt keçirməyi məsləhət görürəm. Mən hətta qışda açıq pəncərə qarşısında yatıram”.

Aktrisa Liv Tayler: “Tonal krem və ənlik istifadə etdikdən sonra parıldayan pudra vurub ardından salfetlə batırılmış gül suyu ilə dərimi nəmləndirirəm. Dərim qüsursuz və təbii görünür”.

Məşhur kosmetoloq Anastasiya Axilleos: “Nəmləndirici krem vurarkən üzünüzə yaymayın. Ovalayaraq, masaj hərəkətləri ilə yarım dəqiqə ərzində üzünüzə yedirin”.

Beyons: “Qadın güləndə möhtəşəm görünür. Mənə görə, gülüş gözəlliyin ən vacib amilidir”.

Aktrisa Helli Berri: “Möhtəşəm çəhrayı dodaqları qırmızı dodaq boyası sayəsində əldə edirəm. Qırmızı dodaq boyası vurduqdan sonra quru salfetlə silib üzərindən parıldadıcı vururam”.

Aktrisa Denis Riçard: “Saçlarınıza maska olaraq avakoda və zeytun yağı qarışımı vurun. Saçın dərisinə vurmayın”.

Televiziya aparıcısı Liza Rinna: “Dodaq parıldadıcısına tökülmüş bir neçə damcı darçın, ya da balzam dodaqları daha şəhvətli və həcmli göstərir”.

Aktrisa Teri Xetçer: “Çimərkən hamama əlimdə bir qədəh şərabla gedirəm. İçmək üçün deyil. Şərabı vannaya doldurduğum suya əlavə edirəm. Tərkibindəki kislota dərini yaxşılaşdırır”. “

Vizajist Niki Meç: “Əgər dəriniz yağlıdırsa, tonal kremin altından düyü nişastası vurun”.

Model Keyt Moss: “Üzdəki yorğun ifadəni yox etmək üçün buz kimi suya xiyar dilimləri əlavə edin, gözlərinizi bağlayıb üzünüzü suya salın”.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir