34

Xoşbəxtlik yaşı tapıldı

Baxış sayı: 1. 344

İnsanların ən xoşbəxt olduğu yaş müəyyən edilib. Bununla bağlı İngiltərənin bir təhlükəsizlik şirkəti maraqlı araşdırma aparıb. Bunun üçün yaşı 40-ı keçən minlərlə insan təcrübəyə cəlb edilib. Nəticədə müəyyən edilib ki, insanın özünü ən xoşbəxt hiss etdiyi yaş 34-dür.

Sorğuda iştirak edənlərin çoxu məhz bu yaşda ailə qurduğunu, karyerasının zirvəsinə çatdığını və həyatdan zövq almaq üçün maliyyə azadlığı əldə etdiyini deyib.

Araşdırmaya qatılanların 47 faizi indiyə qədər xoşbəxt olduğunu, 43 faizi çətinliklərlə xoşbəxt anlarının bərabər olduğunu bildirib. 10 faiz isə indiyə qədər daha bədbəxt həyat keçirdiyini deyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir