qidalar

Bu qidalar kişilər üçün xeyirlidir

Baxış sayı: 497

Bir çox ərzaqlar var ki, onlar kişilər üçün xeyirlidir. Məhz həmin ərzaqlardan güclü cinsin nümayəndələrinin çox istifadə etməsi məsləhətdir. Bəs görəsən, həmin qida vasitələri hansılardır?

“Gencaile.az” saytı xarici mətbuata istinadən sözügedən faydalı ərzaqların siyahısını təqdim edir:

Yoqurt – Tərkibində B12 vitamini var. O, kişilərdə immuniteti artırır.

Manqo – Kalorisi azdır. Amma kişilərdə infarkt riskini azaldır, orqanizmdə A vitaminini artırır.

Qarağat şirəsi – Orqanizmin müqavimət gücünü artırır. Həm də qarağat şirəsi artıq piylərdən xilas olmaq üçün ən yaxşı vasitədir. Qarağat kişilərdə Hepatit C-yə yoluxma riskini də azaldır.

Kişiləri arıqladan qidalar:

·Cəfəri

·Balıq konservası

·Toyuq ciyəri

·Lobya

Qreypfrut – aparılan araşdırmalar nəticəsində məlum olub ki, hər dəfə yeməkdən sonra qreypfrutun yarısını yeyən kişilər 1 həftəyə 2 kiloqram arıqlayır.

Kişilərə məsləhət görülür ki, arıqlamaq üçün idman edərkən saat 16.00-dan 17.00-a kimi olan müddəti seçsinlər. Mütəxəssislərin dediyinə görə, günün bu saatında kişi orqanizmində temperatur yüksəlir. Bu da artıq piylərin daha tez əriməsinə kömək edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir