Bir müdrikə sual veriblər, sevmək gözəldir, yoxsa sevilmək. O da cavab verib: “Təbii ki, sevmək. Çünki insan sevildiyini heç bir zaman bilməz.”
Nə zaman tərk ediləcəyini, nə zaman ona xəyanət ediləcəyini bilməz insan. Bürclərin xüsusiyyətlərinə görə isə, hansı bürcün münasibəti birdən-birə, bəhanələrlə kəsə biləcəyini öyrənmək mümkündür. İtirmək, tərk edilmək qorxusu bütün zəhərli münasibətlərdə yaşanılır. Qarşılıqlı, sakit münasibətlərdə insanlar tərk ediləcəklərini düşünməzlər. Onlar hansısa səbbədən itirməkdən qorxarlar. Bu dəfə Bizimyol.info saytı olaraq sizə xüsusiyyətlərinə nəzər salaraq hansı bürc altında doğulan insanların həyatınızdan birdən-birə yox ola biləcəkləri haqqında danışacağıq. O, bürclər ki, sizi başqasıyla dəyişmək onlar üçün su içməkdir…
Qoç – Qoç bürcü üçün hər şey etsəniz, sizə sahib çıxar, amma azadlığına əl uzatsanız, sizi aldatmağa başlayar. Qoçlar həyəcan axtaran bürclərdir. Eqoları təmin edilməyən Qoçlara diqqət göstərilməzsə, başqasını axtarmağa başlayarlar. Qoçların başqası ilə münasibət qurmaq istəyi özünü çox sayda insana qəbul etdirib özünəinamı artırmaqdan irəli gəlir. Qoç ehtiraslı olsa da, qadağan edilmiş münasibətlərdən uzaq durar. Ancaq sevgililərindən vəfasızlıq görsələr, onlar da aldatmağa başlayarlar. Qoça onun ovcunda olduğunuzu hiss etdirsəniz, qısqansanız və ya sahiblənməyə çalışsanız, anidən yox olar.
Buğa – Buğa çətinliklə ayrılır. Cinsi hissləri təmin olunmazsa, aldatmağa başlayar. Buğa sədaqətlidir, amma sevgilisinin onu aldatdığını hiss etdikdə aldatmağa başlayar. Aldatmaq tənhalıq hissini bğduğu üçün, Buğalar birlikdə olduqları insana qarşı laqeydləşməyə başlayarlar. Cinsi istəksizlik, maddi tələblər, qısqanclıq Buğanın yoxluğu ilə nəticələnər.
Əkizlər – Əkizlər bir dəqiqədə unudar sizi. Onlar qısqanclığı və çox danışmağı sevməz. Cinsi münasibətdən çox, yaxın bir münasibət, söhbət Əkizləri yoldan çıxara bilər. Tək buraxıldığını düşündüyü zaman bərabər gözəl zaman keçirə biləcəyi adamı axtarmağa başlayar.
Xərçəng – Xərçəng bürcündən qaçsanız, arxanızca gələr, arxasınca düşsəniz, qaçar sizdən. Daima şəfqət və diqqət gözləyər. Ona yetərli qədər şəfqət göstərməsəniz, itirə bilərsiniz. Eyni zamanda daimi tənqid də Xərçəngin həyatınızdan yox olması ilə nəticələnə bilər. Sadiq insanlardır. Günahkarlıq duyğusu yaşaya bildikləri üçün onları rahatlıqla yoldan çıxarmaq asan deyil. Ancaq özünə inamı olmayan Xərçəng özünü boşluqda hiss etsə başqası ilə münasibət qura bilər. Gedərsə, geri dönməz.
Şir – Şir qürurludur. Səhvləri bağışlamaz. Gözlədiyi dəstəyi sizdən almasa, başqasını axtarmağa başlayar. Bu da aldadılmağınız deməkdir. Ehtiraslı Şirlər həyəcanı çox sevirlər. Diqqət mərkəzində olmağı sevən Şir, bütün diqqəti öz üzərində görmək istəyər. Orta yaş böhranı yaşayan Şirlər özlərini gənc hiss edə bilmək üçün həyatınızdan yox ola bilərlər.
Qız – Qız bürcünü tez itirə bilərsiniz. Özünə bənzəyən birini istəyir. Əgər ona qarşı diqqətli davranmasanız, onun intellektual, mədəni səviyyəsinə uyğun olmasanız, sizi aldadıb tərk edər. Qızlar daha çox mənəvi cəhətdən aldatmağa üstünlük verirlər. Bir Qız sizi anidən tərk edirsə, sonradan xəyal qırıqlığına uğraya bilər, amma əsla geri dönməz.
Tərəzi – Tərəzi hər zaman gözəl, baxımlı və nəzakətlidir.Qarşısındakının da elə olmasını istəyər. Əgər baxımsız, qaba və müasir deyilsinizsə, şansınız çox azdır. Tərəzilər qarşısındakını xoşbəxt etməyi sevir. Güclü prinsipləri olan Tərəzilər bağlılığı ciddiyə alar və aldatmazlar. Tərəzilərin cinsi həyatı da çılğındır. Danışmadan və səbəblərini izah etmədən həyatınızdan gedə bilər.
Əqrəb – Əqrəb idarəetmənin hər zaman onda olmasını istəyər. Əgər sizi idarə etdiyinə inansa, heç bir problem yoxdur. Ancaq sizin də hər zaman onu yoxlamağınıza ehtiyac var. Hər an səhv yola düşə bilərlər. Onu daim nəzarət altında saxlamalı və təmin etməlisiniz.
Əqrəblər sizdən qisas almaq üçün sizdən ayrıla bilər.
Oxatan – Oxatanlar münasibətlərində məntiq axtarırlar. Eqoları yoxdur. Hərəkətli və sosial insanlardır. Əgər siz elə deyilsinizsə, sizdən sürətlə uzaqlaşmaq istəyərlər. Oxatan həyəcan axtarışındadır. Ehtiraslı sevgi Oxatanın axtardığıdır. Hər şey qaydasında göründüyü bir vaxtda birdən-birə yoxa çıxmağı sevir.
Oğlaq – Ən çətin ayrılan bürclərdəndir. Oğlaq bürcü ailəsinə, ana və atasına, qardaşlarına çox dəyər verir. Ailəsi ilə səhv davransanız, bu onu sizdən qoparar. Eyni zamanda tərəfdaşından mütəmadi olaraq dəstək görmək istəyərlər.
Oğlaqlar vicdanlıdır. Səhv münasibətlərdən uzaq durmağı sevirlər.
Dolça – Dolçanın azadlığını əlindən almağa çalışdığınız zaman onu itirərsiniz. Hər zaman diqqət və qayğı görmək istəyir. Romantikdir. Buna görə də hər zaman aldadılan tərəf olur. Aldatan tərəf olmaq üçün isə fiziki cəhətdən çox, duyğusal baxımdan bağlanmalarına ehtiyac var.
Balıq – Balıqlar dəyişkəndir. Yoldan çıxaran faktor özünə inamın olmamasıdır. Xüsusilə, orta yaş böhranı yaşayan Balıq həyatın qısa olduğunun fərqində olsa da, böyümək istəmir. Həyatında bir sehr axtarmağa başlayar. Yeni biri ilə yaşanılan hisslər onları cavanlaşdırar və həyata yenidən dönmüş kimi hiss etdirər.
Gedərsə, dönməz…
İlahin Zaman