nikah

Qeyri-adi və ikrah doğuran nikahlar – FOTOLAR

Baxış sayı: 519

Dünyanın hər yerində toy mərasimi  insan həyatında ən əhəmiyyətli günlərdən biri hesab edilir.  Lakin bəzən elə tükürpədici  evliliklər olur ki… Bunları sizə təqdim edirik.

 

24 yaşlı qadın mirasa görə itlə evləndi

Amerikalı prodüser Rocer Dorkas ölümündən sonra 60 milyon dollarlıq sərvətini sevimli iti Maksimliyanova vəsiyyət edib. Qeyd edək ki, ölümündən bir ay öncə o, 24 yaşlı Vendi Ditrix ilə evlənmişdi. Yoldaşına bir qəpikdə qoymayan prodüserin bu qərarı ilə dul qadın heç cür razılaşmayıb. Məhz buna görə o, iti öz himayəsinə götürüb saxlayır.Bu yaxınlarda isə Vendi itin var -dövlətinə sahib olmaq üçün onunla evlənib. Maksimiliyano öldükdən sonra isə bütün mal-mülkü Vendinin adına keçib.

Özü ilə evlənən qadın

2017-ci ildə İtaliyada idman zalında təlimatçı işləyən 40 yaşlı bir qadın qeyri-adi nikah kəsdirib. O, özü-özüylə evlənib. Laura Mesinin adlı qadının bu addımı ölkədə maraqla qarşılanıb və ona “yalqız gəlin” adı verilib. Laura qeyri-adi nikahına  təxminən 10 min avro xərcləyib və mərasimə 70 nəfər dəvət edib. O, mərasim zamanı bəylə gəlinin birgə etməli olduğu prosedurları, yəni tort kəsmək, şampan içmək, şərab paylamaq və gül atmaq kimi işləri təkbaşına görüb.
Laura, hamını heyrətləndirən qeyri-adi nikahdan sonra təkbaşına bal ayına da çıxıb. O, mətbuata açıqlamasında ürəyincə olan əks cins nümayəndəsini tapmadığı üçün bu qərarı verdiyini bildirib.

 

3 kişi rəsmi nikaha girdi

2017-ci ildə  eynicinslilərin nikahının qanuniləşdirildiyi Kolumbiyada qeyri-adi hadisə baş verib. Həmin il ilk dəfə bu ölkədə 3 kişi rəsmi nikaha girib. Onlardan biri aktyor Viktor Hyuqo Prada, biri idmançı Con Aleksandro Rodriqez, biri isə Manuel Xose Bermudesdir. Deyilənlərə görə, bu cür cütlüklər Kolumbiyada çoxluq təşkil edir. Lakin hüquqi cəhətdən bu üçlük rəsmi nikaha girməklə ilkə imza atıblar.

 

2 dəqiqəlik nikah

2020-ci ildə Çində tüğyan edən koronavirus bu ölkədə yeni toy ənənəsinin yayılmasına səbəb olub. Çinin şərqindəki Şandun əyalətində cütlük “təhlükəsiz” nikah mərasimi keçiriblər. Açıq səma altında toy cəmi iki dəqiqə davam edib. Mərasimdə cəmi 6 nəfər iştirak edib: bəy – Çjan Lun, gəlin – Çen Syao və onların valideynləri. Mərasim iştirakçılarının hamısı maskadan istifadə edib. Toyu gəlinin atası aparıb, onun anası isə cütlüyün şəkillərini çəkməklə məşğul olub. Tamada  ikidəqiqəlik toyda tez və  qısa çıxış edib. Bəy və gəlinin hətta kəbin andlarını belə  içməyə imkanları olmayıb.

 

Şüşə körpü üzərində nigah bağlayan cütlük

2016-cı ildə Çində bir cütlük toylarını məşhur şüşə körpüdən sallanmaqla havada qeyd ediblər. Bəy və gəlin avqustun 9-u Çin Valentin günündə Hunan əyalətində yerləşən körpü üzərində evləniblər. Yerdən 180 metr hündürlükdə  asılı qalmaqlarına baxmayaraq, onlar toy şəkillərində çox xoşbəxt görünüblər.

Son günlərini yaşayan insanın arzusu

Uşaqlıqdan bəri bədənin əzələlərini zəiflədən və onları getdikcə daraldan genetik degenerativ xəstəlik olan Bekker əzələ distrofiyasından əziyyət çəkən 27 yaşlı Hanter Knislinin  exokardioqrammasında  onun ürək çatışmazlığının son mərhələsində olduğunu göstərib. Həkimlər kişiyə cəmi bir neçə həftə ömrünün qaldığını bildiriblər.Knislinin son arzusu ortaq bir oğlu olan sevgilisi ilə evlənmək olub. O,gələcək həyat yoldaşının Ohayo ştatında eyni xəstəxanada doğulduğunu, eyni məktəbdə oxuduqlarını, hətta sosial sığorta nömrələrinin cəmi bir rəqəmlə fərqləndiyini deyib. Cütlüyün keçən ilin aprel ayında  məhkəmə binasında rəsmi nikah mərasimi keçirildikdən sonra,  müalicə aldığı xəstəxana və toy təşkilatçılarının köməyi ilə onlar aprelin 21-də çimərlikdə mərasim keçirə biliblər. Hanterin dediyinə görə, onun hər zaman istədiyi bu olub və  toydan sonra kişinin vəziyyəti bir qədər yaxşılaşıb.

2 pişik ilə evlənən qadın

İngiltərədən olan Barbarella Bühner iki pişiyi ilə evlilik mərasimi təşkil edib. 48 yaşlı gəlin bal ayını Kanar adalarında keçirib.

8 yaşlı uşağın 61 yaşlı qadın ilə nikahı

8 yaşlı Sanele Masilela axirət dünyasında cəzalanmaqdan ehtiyat edərək 61 yaşlı Helen Şabanquyla evlənib. Oğlanın ailəsi iddia edir ki, bu yalnız mərasimdir və hüquqi prosesdən söhbət gedə bilməz. Balaca bəyin  anasının sözlərinə görə, oğlanın adı babasının şərəfinə qoyulub. Onun babası həyat yoldaşının  ölümündən sonra  yenidən evlənə bilməyib və məhz buna görə axirətdən ismarış göndərərək onun əvəzinə balaca uşağın evlənməsini xahiş edib.

 

Delfin ilə evlənən qadın

Sindi Kempli adlı britaniyalı delfinə aşiq olaraq onunla ailə həyatı qurmuşdu. 15 il ərzində akvariuma gələrək delfini izləyən qadın hətta özünə  toy mərasimi də təşkil etmişdi.

 

Koma vəziyyətində nikah

Çinin Quandun əyalətində gəlin koma vəziyyətində nikaha daxil olub. Lu Lay və onun sevgilisi Zi Tsintzinlə bir neçə il müddətində görüşüblər. Gənclər evlənməyə hazırlaşıb və hətta birgə yaşamaq üçün ev də alıblar. Toya hazırlaşarkən  qəfildən xəstələnən qız və təcili xəstəxanaya çatdırılarkən  yolda komaya düşüb.  Bunlara baxmayaraq oğlan toyu təxirə salmaq istəməyib və toy xəstəxanada baş tutub.  Toy məclisində qohumlar və yaxın dostlar iştirak ediblər. Lakin təəssüf ki, toydan bir neçə saat sonra qız dünyasını dəyişib.

Berlin divarı ilə ailə həyatı quran qadın

1979-cu ildə Rita Berlinauer-Mauer “Soyuq Müharibə”nin simvollarından sayılan “Berlin divarı” ilə ailə həyatı qurmuşdu.  Belə ki, televiziya ekranlarında gördüyü divara ilk baxışdan aşiq olan Rita evliliyi üçün rəsmi mərasim də təşkil etmişdi. Qeyd edək ki, onun nikahdan sonra götürdüyü  Berliner-Mauer soyadı almancadan “Berlin divarı” deməkdir. Lakin 1989-cu ildə Berlin divarı söküldükdən sonra onun  xoşbəxtliyinə son qoyulur və  Rita bu şəhəri tərk edir.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir