Mekkegulu

Məkkəgülü sizi bu xəstəliklərdən qoruyacaq

Baxış sayı: 471

Turşməzə dadı və xoş ətri ilə sağlam həyat tərzi keçirən insanların sevimlisi olan məkkəgülü çiçəyi bir çox xəstəliyin dərmanıdır.

“Gencaile.az” saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, immuniteti gücləndirərək orqanizmi mikroblardan qoruyan bu bitki güclü antioksidant xüsusiyyətinə sahibdir. O, sərbəst radikallarla savaşaraq bədəni qoruyur.

Piylənmə ilə mübarizə xüsusiyyətinə görə diyetoloqların ən çox məsləhət gördüyü çay məkkəgülü çiçəyindən hazırlanan çaydır. Qan şəkəri düşən zaman yaranan aclıq hissini önləyir.

Sakitləşdirici xüsusiyyətinə sahib olması aybaşı ağrıları zamanı faydalıdır. Eyni zamanda hormonal tarazlığı bərpa edir.

Digər adı hibiskus olan bu bitki qəbizlik zamanı da geniş istifadə edilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir