infarkt

Çoxarvadlılıq kişilərdə infarkt riskini artırır – Həkimlərdən XƏBƏRDARLIQ

Baxış sayı: 445

Bir qadının həyat yoldaşı olması kişinin daha uzun ömür sürmək şansını artırır. Eyni vaxtda bir neçə arvada ərlik etmək kişinin sağlamlığını əhəmiyyətli dərəcədə təhdid edir.

Bu qənaətə çoxarvadlılığın qanuni qüvvədə olduğu Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Xəstəxana və Araşdırma Mərkəzinin tədqiqatçıları gəlib.

Ərəb tədqiqatçılarının araşdırmalarına görə, real həyatda çoxarvadll kişilərin ürəklə bağlı daha çox problemlər yaşayırlar.

Araşdırmalar göstərir ki, ailəli olmaq kişilərə daha az stresslə üzləşməyə, fiziki sağlamlığı qorumağa və daha balanslı qidalanmağa imkan verir. Ancaq son vaxtlara qədər elm çoxarvadlılığın evli kişilərin sağlamlığına təsiri ilə az maraqlanırdı.

Tədqiqatçılar Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin 5 xəstəxanasında müalicə olunan ürək çatışmazlığı xəstələrini təhlil edərkən məlum olub ki, belə kişilərin 56%-də şəkərli diabet, 57%-də hipertoniya, 45%-də isə ürək-damar xəstəlikləri var.

Araşdırmaların nəticəsində məlum oldu ki, təqribən kişilərin 68 % – i bir xanımla evli idi, 19 % iki xanımla evli, 10% kişilərdə isə üç xanımla, 3 % isə 4 xanımla evli idi. Çox arvadla evli olan kişilərin sağlıqla bağlı problemləri daha çox idi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir