soyuq

Planetimizin ən soyuq bölgələri

Baxış sayı: 416

Alyaska – Denali dağı

Denali dağı Alyaskanın paytaxtı Anchoragdən təxminən 210 km məsafədə, dəniz səviyyəsindən 6190 metr yüksəklikdə yerləşir. Bu dağ Şimali Amerikanın ən yüksək nöqtəsidir. Denali zirvəsi daim qar və buzlaqlar ilə örtülüdür. Bu qitədə 2003-cü ildə qeyd olunan ən aşağı   temperatur -83°C-dir. Qeyd etmək lazımdır ki, əsrlər boyu dağın ətrafında yaşayan Koyukon Atabaskaları dağı Dinale ya Denali kimi adlandırırdılar. Bu ad “yüksək” və ya “hündür” mənasını verən Koyukon sözünə əsaslanır.

 

Rusiya – Verxoyansk silsiləsi

Yakutiya ərazisində yerləşən bu dağ silsiləsinin  uzunluğu təxminən 1200 km-dir. Silsilə Lena çayının deltasından başlayaraq Tompo çayına qədər uzanır. Silsilənin eni 100–250 km arasında dəyişir. Silsilə onlarla xırda silsilədən ibarətdir. Verxoyansk silsiləsinin zirvələri 2000 metr yüksəkliyi keçir. Silsilənin əsasını alevrolit, qum daşı, şist və əhəng daşından ibarət antiklinal təşkil edir.

Bölgə soyuq, kəskin kontinental iqlimə malikdir. Uzun qış aylarında zaman-zaman temperatur inversiyası adi haldır. Daha çox inversiya dağ ətəklərində, çökəkliklərdə və böyük çayların yataqlarında baş verir. Yanvar ayının orta temperaturu – 36°, – 38 °C-dir. Yay dövrü qısa və  vadilərdə nisbətən temperatur yüksək olur. İyulun orta aylıq temperaturu -12-14 °C-dir. Yayda bölgənin qərb ətəklərinə 600 m yağıntı düşür.

 

İnternational Falls Minnesota – ABŞ

İnternational Falls Amerika Birləşmiş Ştatlarının ən soyuq yaşayış yerlərindən biridir. Buna görə də 2002-ci ildə “Millətin soyuducusu” adına layiq görülmüşdü. Qeyd etmək lazımdır ki,bu şəhərdə hər il dondurulmuş boulinq, qar heykəlləri və atəşfəşanlığın simvoluna çevrilmiş İcebox festivalı keçirilir.

 

Ulan- Bator – Monqolustan

Monqolustanın paytaxtı olan Ulan-Bator dünyanın ən soyuq yerlərindən biri kimi tanınır. Dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşən  şəhərin əsası 1639-cu  ildə Orqoo adı altında qoyulmuşdur.1924-cü  ilə qədər Rusiyada Uqra adı ilə tanınırdı.1924-cü ildə isə adı dəyişilərək Ulan-Bator (ulan monqolcadan tərcümədə “qırmızı”, bator – “bahadır” deməkdir) adlandırılmışdır. Paytaxt Tola çayının vadisində yerləşir. Ərazisi 4,704.4 km2, əhalisi 1.172.400 nəfərdir. Şəhərdə beynəlxalq hava limanı vardır. Bu şəhərdə hava -16 °С-dən yuxarı qalxmır və məktəblərdə qış tətili 1.5 ay davam edir.

 

Antarktida – “Vostok” elmi-tədqiqat stansiyası

Antarktida Yer kürəsinin ən soyuq yeridir. Lakin  təxminən 34 milyon il əvvəl buzla örtülənə qədər tamamilə buzsuz idi. Yer kürəsində bu günə qədər qeydə alınan ən soyuq təbii havanın temperaturu 1983-cü il iyulun 21-də Rusiyanın Vostok Stansiyasında – 89.2 °C şaxta qeydə alınmışdı.

Antarktida az yağışlı donmuş səhradır. Bura il ərzində orta hesabla 20 santimetrdən az yağıntı düşür. Düşən yağıntı demək olar ki, həmişə qar şəklində olur. Qışda burada müşahidə olunan temperatur −80 °C  −89.2 °C arasındadır. Həmçinin dünyanın ən quraq yerlərindən biri kimi tanınan Vostok stansiyasında yayda belə qeyd olunan  maksimal  temperatur -32 °C-dir.

 

Fraser, Kolorado dağı – ABŞ

Fraser kəndi Kolorado dağlarında,dəniz səviyyəsindən 2613 metr yüksəklikdə yerləşir.Burada yalnız 1275 nəfər yaşayır.Qeyd etmək lazımdır ki, sərt qışı ilə tanınan Fraser kəndinə hər il 10 metr hündürlüyünə qədər qar yağır.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir