At ilinin bir addımlığındayıq. Bir neçə gün sonra “İlan”ı “At” əvəz edəcək. Əziz qadınlar, Yeni il süfrəsində “At nalı” salatına da yer ayırmaqla yaxınlarınızı heyran edə bilərsiz. Budur, hazırlanma qaydasını təqdim edirik:
Tərkibi:
150 q koreya üsulu yerkökü
300 q toyuq filesi
2 yumurta
200 q bərk pendir
200 q şampinyon
1 baş soğan
150 ml mayonez
duz
bəzək:
zeytun
2 yumurta
kolbasa
pomidor
göy soğan
cəfəri
Yumurtaları suda bişirin, qaynayandan sonra da daha bir neçə dəqiqə bişirin ki, çox bərk olsun. Sonra dərhal soyuq suya qoyun ki, qabığı asan təmizlənsin.
Toyuq filesini təmizləyib kubik doğrayın.
Bir boşqaba karri səpib fileni ona batırın.
Tavada yağı qızdırın, toyuq kubiklərini tam bişincə qızardın.
Bişdikdən sonra soyudun. Koreya üsulu yerkökü ilə qarışdırın.
Şampinyonları yaxşıca təmizləyin. Doğrayın. Bitki yağında əvvəlcə xırda doğranmış soğanı, sonra göbələyi əlavə edib qovurun.
Təmizlənmiş yumurtaları sürtgəcin xırda gözündən keçirin.
Toyuğu, göbələyi və yumurtanı mayonez əlavə edib qarışdırın.
Salatı buluda at nalı formasında qoyun.
Pendiri sürtgəcdən keçirib salatın kənarlarına səpin.
Yumurtaları dilimləyib “nal”ın ortası boyu düzün.
Salyami kolbasasını qızılgül kimi büküb salatın kənarları boyu düzün. Bunun üçün onu çox nazik doğramaq lazımdır.
Pomidorlardan üç qızılgül düzəldib yumurtaların üstünə qoyun.
Kolbasadan olan güllərin içinə zeytun qoyun. Salatı göy soğan və cəfəri ilə bəzəyin.
Nuş olsun!