nikah

“Qıza söz verilir, ailə qurulduqdan sonra bu söz unudulur”

Baxış sayı: 573

Son dövrlərdə istər qadınlar, istərsə də kişilər rəsmi nikaha o qədər də önəm vermir. Bunun isə müxtəlif səbəbləri var. Kişilər daha çox məsuliyyətdən, mal bölgüsündən qaçdığı üçün rəsmi nikah istəmir. Qadınların isə, özünə görə, fərdi səbəbləri var.

Psixoloq Nura Cəfərzadə bildirir ki, bu problem fərdi bir problemdir: “Əgər bir insanı sevirsinizsə, bu insanla bir evi, bir həyatı paylaşırsınızsa, bu insana qarşı güvən duyğusu olmalıdır. Təhlükəsizliyinizin təmin olunduğunu hiss etməlisiniz. Əgər bu yoxdursa, deməli güvən yoxdur. Əgər bu güvənsizlik bir insana deyil, bütün kişilərə qarşı varsa, deməli, sizin şüuraltınızda güvənlə bağlı problem var. İnsan bir insana qarşı güvənsizlik yaşadığı zaman onunla arasında sərhədlər çəkməyə başlayır. Demək istəyir ki, bu sərhəddən keçə bilməzsən, sənə icazə vermirəm. Bu isə güvənsizlikdən irəli gəlir”.

Psixoloq bildirir ki, güvən hissi olmadna qurulan münasibətin sonu olmur. Çünki insanın şüuraltında “kişilər güvənsizdir” və yaxud “güvəniləsi kişilər var, amma mənim qarşıma çıxmır” düşüncəsi varsa, o zaman şüuraltı daim insanı haqlı çıxaracaq. Bu zaman isə, insan qarşısındakının xoşagəlməyən rəftarlarını görməyə başlayır. Onun hər bir hərəkəti, davranışı şübhəli gələcək. Bəzən nə edirsən et, heç bir problem yaşamadığln insana qarşı belə güvən duyğusu formalaşmır. Daha doğrusu bu insan, sənə o güvən hissini yaşada bilmir.

nikah muqavilesi

Sosioloq Tərlan Ağayeva bildirir ki, qadınlar daha çox kənd yerlərində, regionlarda rəsmi nikaha salınmır. Qadınlar ailə qurur, kişi tərəfi nikah etmədiyi üçün qadın uzun müddət nikahsız yaşayır. Uşaqlar doğulduqdan sonra bu barədə düşünməyə başlayırlar.

“Buna səbəb kişilər üçün dəhşətli hesab edilən mal bölgüsüdür. Ailələr sağlam təməl üzərində qurulmadığı üçün kişilərdə qadınlara qarşı inamsızlıq olur. Bir gün ayrılarsa, boşanarsa, niyə ona ev verməliyəm ki, qorxusu ilə rəsmi nikahdan imtina edirlər”,- deyən T.Ağayevanın sözlərinə görə, qadınlar bəzən çarəsizlikdən, bəzən ilk nikah uğursuzluğu yaşadığı üçün rəsmi nikah tələb etmirlər.

Sosioloq qeyd edir ki, rəsmi nikahın tələb edilməməsi qadının psxioloji durumu və yaşadıqlarından qaynaqlana bilər.

“Bir də azyaşlı qızların nikaha cəlb edilməsi var ki, çox zaman ailə qurulmamışdan öncə tərəflər bir-birinə söz verir. Ailə qurulduqdan sonra bu söz unudulur. Qız tərəfi rəsmi nikah tələb etsə də, baş tutmur”,- deyən sosioloq bildirir ki, bunun qarşısını almaq düşünüldüyü qədər asan deyil. Azyaşlı qızların nikahı ilə bağlı qanunvericilikdə müddəalar olsa da, görünən odur ki, cəmiyyətdə belə hallar gizlədilir və nəticəsiz qalır.

nikah haqqinda sehadetname

“Buna, yerli sahə müvəkkilləri və icra orqanları nəarə etməldiir. Nikahsız toylar olduğu zaman müdaxilə etməyə ehtiyac var” – deyə sosioloq bildirir.

Bəzən isə insan həyatında ilk ailəsi uğursuz nəticələndiyi üçün daha heç kimə güvənmir. Rəsmi nikahdan boyun qaçırır. Hər kəsin öz səbəbi var: haqlı, ya da haqsız…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir