Xeyanet

Kişinin başqa xanıma baxmağı xəyanət deyil? – PSİXOLOQ RƏYİ

Baxış sayı: 595

Son illər Azərbaycanda qeydə alınan boşanmalara səbəb kimi xəyanətin başlıca rol oynadığı bildirilir. Müşahidələr göstərir ki, kişilərlə yanaşı, qadınlar da həyat yoldaşlarının xəyanətini bağışlamır. Bu da ailələrin dağılmasına gətirib çıxarır.

Xəyanət dedikdə münasibət daxilində cütlüklərin birinin üçüncü bir şəxslə fiziki, cinsi və emosional ünsiyyət qurması nəzərdə tutulur. Cəmiyyətdə xəyanətə münasibət birmənalı deyil. Xüsusilə, Azərbaycanda qadınların xəyanət etməsi bəzən böyül faciələrlə nəticələnir. Xəyanət mövzusunda müzakirələrdən məlum olur ki, bəzi şəxslər qadınlardan fərqli olaraq, kişilərin başqa xanımlara isti münasibətini xəyanət kimi qəbul etmir. Hətta kişilərin xanımlara baxmasını xəyanət saymayanlar da az deyil.

 

Bəs belə yanaşma doğrudurmu?

Mövzu ilə bağlı danışan Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Yasemin Işık qeyd edir ki, Türkiyə və Azərbaycan patriarxal toplum olduğu üçün kişilərin xəyanət etməsinə normal baxan kütlə var.

“Yəni kişi “bunu edə bilər” məntiqi hələ də mövcuddur. Əslində cəmiyyət özü kişinin xəyanət etməsini normallaşdırır. Cəmiyyət özü bu vəziyyəti yaradıb. Kişilərin xəyanət etməsinin səbəblərindən biri bəlli ehtiyaclarının həyat yoldaşı tərəfindən qarşılanmamasıdır. Ancaq bəzilərinin evdə hər ehtiyacı qarşılansa da, yenə də gözü başqa yerdə olan şəxslər var. Əslində bu, təkcə kişilərdə deyil, həm də qadınlarda belədir. Amma xəyanəti cinsindən fərqli olmayaraq, hər kəsə şamil edə bilmərik”, – deyə psixoloq bildirir.

Y.Işık vurğulayır ki, qadın xəyanət etdikdə cəmiyyət tərəfindən damğalanır: “Bu, Azərbaycanda, Türkiyənin müəyyən bölgələrində belədir. Kişilər niyə xəyanət edir məsələsi əslində daha geniş bir mövzudur. Ailələrin təzyiqi ilə evləndirilib, müəyyən yaşdan sonra bəzi gizlədilmiş hisləri üzə çıxan və iqtisadi olaraq öz ayağı üzərində dura bilən xanımlardan bəziləri də təəssüf ki, həyat yoldaşlarına xəyanət edir. Ümumiyyətlə, qadınların bəzilərinin özlərini kişilərdən üstün tutmasının səbəbi həmin insanların istəyib yaşaya bilmədiyi hislərin artması ilə “mən də bunu yaşayım və bilim” düşüncəsidir. Xüsusilə, dost çevrəsində belə hallarla rastlaşdıqda daha da həvəslənirlər. Ancaq yenə də qeyd etmək istəyirəm ki, xəyanət etmək əslində şəxsdən aslıdır. Məsələn, hər bir kişi atadır, ancaq həm də xəyanət edir və bunu gizlədir. Bəzi qadınların isə özlərini kişilərdən üstün görməsi cəmiyyətdə xüsusi anlayış yaratma cəhdidir. Bunun həyata keçirilməsinin səbəbi isə keçmişdən indiyə qədər qadınların əziyyət çəkməsi və arxa planda qalmasıdır. Hətta, tarixdə qadınların diri-diri basdırılması ilə bağlı məlumatlar da mövcuddur. Yəni onlara cəmiyyətdə yetəri qədər yer verilmədiyi üçün belə bir anlayış yaradılır və bu normaldır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir