DERMAN

Hansı dərmanların birləşməsi ölüm təhlükəsi yaradır?

Baxış sayı: 499

İstənilən dərman preparatını qutusuna əlavə olunmuş qaydalara və göstərişlərə və həkimin göstərişinə uyğun olaraq ciddi şəkildə qəbul etmək lazımdır. Dərmanın tam işləməsi və yan təsirlərə səbəb olmaması üçün onu necə və nə vaxt qəbul edəcəyinizi və nə ilə birləşdirildiyini bilməlisiniz.

Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova bildirir ki, Fransada təyin olunan dərmanlar həmişə əczaçı tərəfindən təkrar yoxlanılır. Hətta Fransada xəstəxanaya yerləşdirilənlərin 10%-nin səbəbi dərmanların yanlış kombinasiyası ilə bağlıdır.

Nermine Abbasova

Həkim qeyd edir ki, statinləri (xolesterolu aşağı salan dərmanlar) qreypfrut suyu ilə birgə qəbul etmək olmaz.

“Stent taxılan hər kəsə verdiyimiz qan durulaşdırıcı dərmanlar var. Klopidoqrel qəbul edənlərin 0,3 faizində gen mutasiyası onları öldürür. Yaxud deyək ki, məşhur qan durulaşdırıcı “Warfarin”. Bu dərmanı bir az çox təyin etdikdə qanaxma ola bilər, az olduqda təsir etməyə bilər”,-deyə həkim vurğulayır.

Nərminə Abbasova belə nəticəyə gəlib ki, bütün həkim reseptlərini dəqiqləşdirmək çox vacibdir.

“Əgər sizə 3-4-dən çox dərman təyin olunubsa, mütləq həkimdən bir-bir hansının nə üçün olduğunu və qədərini təkrar soruşun”, -deyə mütəxəssis bildirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir