tort

Kartof pirojnası necə hazırlanır? – “ŞİRİN SÜFRƏ”

Baxış sayı: 515

Ramazan ayında oruc tutanlar iftar və imsaq süfrələrinin reseptləri ilə maraqlanırlar. Dadlı, eyni zamanda doyumluluq hissi yaradan yeməklər isə hər bir oruc tutanın diqqət mərkəzində olur. Məhz bu səbəbdən “Gencaile.az” saytının “Şirin süfrə” rubrikasında  instagram sosial şəbəkəsindəki  my_ sweet_house_1” səhifəsinə istinadən sizə şirniyyat resepti təqdim edirik. Söhbət kartof pirojnasından gedir.

Ramazan süfrənizin bəzəyi olacaq bu yeməyin hazırlanması olduqca asandır.

kartof pirojnasi

Ərzaqlar:

1 litrlik banka buğda çörəyinin suxarısı (xırdalanmış)

230 q – qənd

250 q süd

150 q kərə yağı

1 x.q. kakao

10 ədəd qoz

 

Hazırlanması:

Südə qənd atıb qaynara düşənə qədər qarışdırın. Qənd tamamilə əriməlidir. Sonra südü azca soyudun. Kərə yağı, kakao, suxarı, xırdalanmış qoz əlavə edib yaxşıca qarışdırın. Hazır qarışığı 20-30 dəqiqəliyə soyuducuya qoyun. Soyuduqdan sonra kartofa bənzəyən pirojnalar düzəldib kakao tozuna batırın.

 

Damaq dadınıza uyğun tortların sifariş olunması üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz.

https://www.instagram.com/my_sweet_house_1/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir