Bir-birinizə yaxınlaşmaq üçün birlikdə çox vaxt keçirməlisiz. İşiniz çox olur deyə sevdiyinizə yetərincə vaxt ayıra bilmirsiz, bu da “onun üçün önəmli deyiləm”, – deyə düşünərək sizdən uzaqlaşmasına səbəb olur.
Psixoloq Yvonne Tomasın heç nəyə gərək qalmadan sevdiyinizə yaxınlaşmanın yollarını təqdim edir.
Sevdiyinizlə daha yaxın ola bilməyin qızıl qaydaları
Rahatlayın, işdən qaçıb özünüzə bir-iki saat vaxt ayıra bilərsiz. Nahar fasiləsi də ola bilər. 5 dəqiqə də olsa sevdiyinizlə birgə olmaq ona yaxınlaşmaqda sizə kömək edəcək.
DJ-lik edin. Mahnıları dinləyərkən sizi xatırlaması üçün sevdiyiniz mahnıları bir yerə toplayıb ona verin. Onun da eyni şeyi etməsini istəyin.
Yeməyi birgə hazırlayın. Bu, daha rahat söhbət etmənizə kömək edəcək.
Birlikdə duş qəbul edin.
Ona kiçik bir hədiyyə verin. Bu kiçik hədiyyələr hər zaman ağlınızda olduğunu ona göstərəcək.
İşiylə bağlı bir dəvətə onunla birgə gedin. Bu, ona dəstək olduğunuzu göstərər.
Hər ikinizin də bacarıqsız olduğu bir şeylər edin. Bu, çox əyləncəli olacaq.
Yataqda qəhvə için.
Başını masaj edin. Bu, sadəcə onu rahat etməz. Ayrıca başı qucağınızdaykən siz də bundan zövq ala biləcəksiz.
İlkləri paylaşın. Birlikdə yeni şeylər sınamaq münasibətinizdə yeni bir enerji partlaması edəcək.
Bir layihə üzərində işləmək üçün onun da köməyini istəyin.
Bir günlüyünə buralardan qaçın. Filmlər alın, soyuducunu sevdiyiniz yeməklərlə doldurun, kompüter və telefonunuzu söndürüb bir günlük hər şeydən uzaqlaşın.
Dostlarınızın yanında ona tərif edin.
Onunla futbola gedin.
Bir-birinizə maraqlı ləqəblər qoyun.
Açıq havada uzanıb buludlarda gördüklərinizi bir-birinizə anladın.
Ən yaxın dostları ilə yaxın münasibət qurun.
Toxunun. Çılpaq olaraq yatağa uzanın və 20 dəqiqə barmaqlarınızla bir-birinizin bədəninə toxunun.
Axşam yeməyi hazırlayın. Həm onun, həm də öz dostlarınızı çağırın.
Ən utancverici anlarınızı bir-birinizlə paylaşın.
Sevgi notları buraxın. Çantasına, ya cibinə qoyacağınız “səni sevirəm” notu, gün boyu yazacağınız xoş mesajlar onun içini isidəcək.
Bir-birinizin sevdiyiniz proqramları izləyin.
Onu yatızdırın. Yuxuya gedərkən üstünü örtün.
Birlikdə bir şeylər oxuyun.
Bunlar münasibətə zərər verir:
Tez-tez “ağlımdasan” yazaraq, onu unutmadığınızı göstərmək istəyirsiz, ancaq düzgün deyil. 5 dəqiqəlik bir zəng 20 mesajdan daha təsirlidir.
O, televizora baxır, siz isə artıq 40-cı yuxudasız. Bu, onu sizdən uzaqlaşdırır.
İşdən gələn kimi qucağına tullanmayın. Başa düşürük, darıxmısız, ancaq 10 dəqiqə özünə gəlməsinə icazə verin.