alca

Alça döyməci necə hazırlanır?

Baxış sayı: 554

Qədim məzələrimizdən biri də Döyməcdir. Döyməc müxtəlif meyvələrlə (alça, albalı, gavalı, zoğal, alma və s.) hazırlanır. Adətən yağlı ət yeməklərinin yanında ideal salatdır. Tək başına da yeyilə biləcək ləzzətli məzədir. Beləliklə, alça döyməcinin reseptini təqdim edirik.

 

Tərkibi:

alça

şüyüd, nanə

duz

 

Hazırlanma qaydası:

İlk öncə alçaları yaxşıca yuyun. Ənənəvi döyməc daşla əzilərək edilir. Yəqin bir çoxlarının evində hələ də yumru daşlardan var. Ya da altı düz stəkanlardan istifadə edə bilərsiniz. Alçaları döyüb, yəni əzib bir qaba tökün. Yuyulub suyu süzülmüş şüyüd və nanə yarpaqlarını xırda doğrayın. Alçaların üzərinə xırda doğranmış göyərtiləri əlavə edin və duz səpib qarışdırın. Zövqə görə döyməcə əzilmiş sarımsaq, reyhan, kəklikotu əlavə edə bilərsiniz. Döyməc hazırdır!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir