Zumrud Haqverdiyeva

Sağlam münasibətin təməlində nələr dayanır? – “SEANS VAXTI”

Baxış sayı: 548

Münasibət, insanların ortaq qərarları əsasında, bəzi ortaq paylaşımlarını etmək üçün bir yerə gəlməsi ilə yaranan qarşılıqlı bağlar, təmaslardır. Mənəviyyatımız üçün danışmaq, dəyər görmək, sevmək, sevilmək, təqdir edilmək, güvən duyğusunu dadmaq təməl ehtiyaclarımızdır. Çevrəmizdə müxtəlif  bağlarımız olan insanlar var. Dostlarımız, sevgilimiz, valideynlərimiz, iş yoldaşlarımız, qonşularımız…

 

Kişi-qadın arasında olan sağlam münasibətin təməlində nələr vardır?

1) Münasibət bölüşməkdir. İlk münasibət qurduğumuz zaman qarşımızdakı insanla nələri paylaşacağımızı müəyyən etməliyik. Zamanınızı, sevginizi, maddiyatı və digər şeylərin sərhədlərini müəyyənləşdirmək və ehtiyaclarınıza görə yönəltməyə cəhd edin. Hərşeyi paylaşmaq demək, hər zaman doğru olmaz. Ola bilər qarşınızdakı insan sizdən fərqli yanaşa bilər. Ona görə doğru tərəzidə paylaşmaq daha doğrudur.

2) Münasibət razılıqdır. Heç kəs istəmədiyi halda nələrisə paylaşmaz. Əgər sizin istəyiniz kənarında nələrisə etməyə məcbur edilirsinizsə, bu zaman doğru getməyən nələrsə vardır. Razılığınız olmadan paylaşım etmək özünüzə olan hörmətin aşağı enməsinə, narahatlığınızın artmasına səbəb olacaqdır.

3) Münasibət güvəndir. Güvənmək hərkəsin təməl ehtiyacıdır. Sağlam münasibətin təməli məhz budur. Güvən, tərəddüd etmədən birisinə bağlanmaqdır. “ Səni sevirəm” demək asandır, “ Sənə güvənirəm” demək hər zaman çətindir və bunun üçün zaman lazımdır.

4) Münasibət balansdır. Münasibətdə balansda qalmaq, tək olduğun zaman balans qurmaqdan daha çətindir. Bunun üçün ilk öncə öz ehtiyaclarınızı bilib və qarşılaya bilməlisiniz. Münasibət də eyni zamanda sağlam sərhədlərin olması da önəmlidir. Unutmayın Siz əşya deyilsiniz, sizin də öz düşüncə və istəkləriniz vardır.

5) Münasibət anlayış göstərmək və başa düşülməkdir. Son dönəmlərdə insanların problem yaşadığı mövzu məhz budur. Birini anlamağın yolu, empatiya qurmaq, onun duyğularını anlamaq, onu dinləməkdir. Duyğuların və düşüncələrin başa düşülməsi münasibəti irəliyə aparır.

6) Münasibət dəstək olmaqdır.Bəzən dəstəyə ehtiyacınız olur. Mənəvi boşluğu doldurmaq üçün bəzən buna ehtiyac duyarsınız. Unutmayın ki, bunu davamlı hiss etmək birisindən asılı qalmaqdır.

7) Münasibət əylənə biləcəyiniz yerdir. Bəzən bunu gözdən qaçırırlar. Münasibət nə qədər ciddi planlar üzərində qurulsa da əyləncənin olması da önəmlidir. Hər biriniz sizə rahatlıq gətirən insanların əhatəsinda olmaq istəyirsiniz. Sizlər istədiyiniz kimi də, qarşınızdakı insan da bunu istəyir.

 

Münasibət də kişi və qadın öz balansını qurmağı bacarmalıdır. Təməli də anlayış, diqqət və dəyərdir. Sevgi məhz bunlarla möhkəm olur. Sevgi iki almanın yarısı deyildir. Sevgi iki bütün, sağlam insanın birləşməsi deməkdir.

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir